Lövbər effekti

Lövbər effekti (ing. Anchoring effect) — Qərarvermə prosesi zamanı fərdin əldə etdiyi ilkin informasiyanı rəhbər tutması halı.[1] Bu vəziyyət ilkin məlumatın doğru olduğuna inanmaq, ya da sonraki məlumatları əvvəlki məlumata görə dəyərləndirməyə, müqayisə etməyə səbəb olur.

Lövbər effekti üçün nümunələr

[redaktə | mənbəni redaktə et]
  • Bu məhsulu başqa saytda 30 manata görmüşdüm, burda 20 manatadır. Bu, çox ucuzdu.
  • Qonşumuz evini 100 minə sata bildisə, deməli, mən də sata bilərəm.
  • Ailəmizdəki insanların ortalama ömür müddəti uzundur, deməli, mən də çox yaşayacam.
  • Arıq olan dostlarım hər səhər qaçır, deməli, mən də hər səhər qaçmalıyam.
  • Mən uşaq olanda anam məni saat 10-da yatırırdı, onda, mənim də uşağım saat 10-da yatmalıdır.
  1. "The Anchoring Effect and How it Can Impact Your Negotiation". www.pon.harvard.edu (ingilis). Harvard Universiteti. 26 noyabr 2019. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2021.