Lüksemburq komissiyası

Lüksemburq komissiyası (fr. Commission du Luxembourg) — XIX əsrdə Fransanın müvəqqəti hökuməti tərəfindən yaradılmış əmək komissiyası. 25 fevral 1848-ci ildə Lui Filippin taxtdan devrilməsindən sonra yaradılmışdır. Lüksemburq komissiyasının yaradılması, Lui Blanın başçılıq etdiyi fəhlə nümayəndələr məclisi kimi, sosial problemlərin öyrənilməsi və həlli yollarının təklif edilməsi vəzifəsini icra etmək məqsədini güdürdü. Komissiya həmin ilin sonunda fəaliyyətini dayandırmışdır.[1]

  1. Sperber, Jonathan. The European revolutions, 1848-1851 (Reprinted.). Cambridge: Cambridge University Press. 1984. səh. 122. ISBN 0-521-38685-3.