Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Vircinia, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı No Burden albomu ilə diqqətləri üzərinə çəkdi. Onun ikinci albomu olan Historian 2018-ci ildə müsbət rəylər aldı. Dakusun üçüncü studiya albomu Home Video 2021-ci ildə buraxıldı.
Lüsi Dakus | |
---|---|
ing. Lucy Dacus | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Lucy Elizabeth Dacus[1] |
Doğum tarixi | |
Doğum yeri | Mekaniksvill, ABŞ |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı müəllifi[d] |
Fəaliyyət illəri | 2015–ci ildən |
Janrlar | indi-folk[d], indi-rok |
lucydacus.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür.
Dacus körpə ikən övladlığa götürüldü və Riçmond şəhərinin yaxınlığında olan Virciniya ştatının Mekaniksvill şəhərində böyüdü.[2][3] Özbək və irland əsillidir.[4] Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir.[3][5] Dakus musiqiyə erkən maraq göstərdi və orta məktəbdə oxuyarkən ilk gitarası, ibanezini Kreyqslistdən aldı.[2] 2013-cü ildə Meqqi L. Uolker Qubernator Məktəbini bitirdikdən sonra o,[5] Virginia Commonwealth Universiteti-də film təhsili almağa başladı, lakin bir müddət sonra oranı tərk etdi.[6][7] Virciniyaya qayıtdıqdan sonra, Richmond Camera-da uşaq məktəb fotoşəkilləri üçün redaktor kimi işə götürüldü.[8] Bu müddət ərzində o, təqribən 30 mahnı yazdı, onlardan doqquzu No Burden albomunun treklistində yer aldı.[6]
Dakus xristian olaraq böyüdü, lakin sonradan dinsiz oldu.[9] O, özünü kuir hesab edir və onun seksuallığına ən yaxın sözün ya biseksual, ya da panseksual olduğunu deyir.[2] Dakus 2019-cu ilin sonlarına qədər Virciniya ştatının Riçmond şəhərində yaşayıb. 2021-ci ilin iyun ayından etibarən o, Filadelfiyada yaşayır.[2]