Lüsyen Arkas (türk. Lucien Arkas; 1 yanvar 1945, İzmir) — Türkiyə biznesmeni, "Arkas Holding"in İdarə Heyətinin sədri.[1]
Lüsyen Arkas | |
---|---|
Doğum tarixi | 1 yanvar 1945 (79 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | iş adamı |
Lüsyen Arkas 1945-ci ildə Türkiyənin İzmir şəhərində anadan olmuşdur. O, İzmir Müqəddəs İosif Fransa Liseyinin məzunudur. İzmirdə yaşayan, Marsel[2] və levanti mənşəli babası Qabriel C. B. Arkasın gənc yaşlarında təsis etdiyi idxal şirkətinin rəhbəri olmuşdur. Lüsyen Arkas baş ofisi İzmirdə yerləşən "Arkas Holding"in və ona bağlı 61 şirkətin qurucusu və baş meneceridir.[3] O, dəfələrlə Türkiyənin gəlir vergisi rekordçuları siyahısına daxil olmuş və İzmir vilayəti üzrə vergi rekordçusu olmuşdur.[4]
Arkas evlidir. Onun Bernard Arkas adlı bir oğlu, Kler Kristin Arkas və Dian Arkas Göçməz adlı iki qızı var.[5]
Lüsyen Arkas 900 milyon dollarlıq sərvətlə "Forbes Türkiye" jurnalının 2017-ci ildə tərtib olunmuş "Ən zəngin 100 türk" siyahısında 33-cü yerdədir.[6]