Ləkəli göl

Ləkəli göl[1] (ing. Spotted Lake, oka. Kłlil’xᵂ) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən axarsız duzlu göl. Osoyoos şəhərindən 10 km şimal-qərbdə, Şərqi Similkameen vadisində yerləşir.

Ləkəli göl
ing. Spotted Lake
Ümumi məlumatlar
Mütləq hündürlüyü 573 m
Eni 0,25 km
Uzunluğu 0,7 km
Sahil uzunluğu 1,7 km
Yerləşməsi
49°04′43″ şm. e. 119°34′00″ q. u.HGYO
Ölkə  Kanada
Ləkəli göl xəritədə
Ləkəli göl
Ləkəli göl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Duz və mineral tərkibi

[redaktə | mənbəni redaktə et]

Göldə müxtəlif mineralların yüksək konsentrasiyası var. Göldə maqnezium, kalsium və natrium sulfatların əhəmiyyətli yataqları mövcuddur. Gölün suyu daha səkkiz elementin yüksək konsentrasiyasına malikdir; tərkibində az miqdarda gümüş və titan da var[2].

Yaz aylarında gölün suyunun çox hissəsi buxarlanır və mürəkkəb rəngli mineral yataqları aşkarlanır. Göldə müxtəlif rəngli iri su ləkələri qalır. Ləkənin rəngi mineraldan asılıdır, əksər ləkələr rəngini yayda kristallaşan maqnezium sulfatdan alır. Yayda minerallar sərtləşərək ləkələrin ətrafında və arasında təbii “yollar” əmələ gətirir.

Okanaqan hindliləri Kliluk adlandırdıqları Ləkəli gölü əsrlər boyu müqəddəs saymışlar.

Birinci Dünya müharibəsi illərində gölün minerallarından döyüş sursatlarının hazırlanmasında istifadə olunurdu.

Daha sonra gölün yerləşdiyi ərazi təxminən 40 il müddətində Ernest Smit və onun ailəsinin mülkiyyətinə olub. 1979-cu ildə Smit göldə bir spa kurortu aşmağa qərar verir. Lakin gölü müqəddəs hesab edən yerli hindular buna qarşı çıxır. 2001-ci ilin oktyabrında hindlilərin gölün ətrafındakı 22 hektar torpaq sahəsini 720.000 dollara alması üçün müqavilə bağlanılır, bunun təxminən 20%-ni yerli sakinlər, qalan hissəsini isə Şimali Kanada və Yerli Xalqların İşləri üzrə Komitəsi ödəyir.

Hazırki vəziyyət

[redaktə | mənbəni redaktə et]

Hazırda göl Okanaqan hindularının mülkiyyətidir. Gölün yaxınlığında bir yol nişanı var. Bu tabloda gölün ekoloji və mədəni irs obyekti, eləcə də Okanaqan xalqı üçün ənənəvi tibb obyekti olması barədə xəbərdarlıq edilir. Gölə yaxından baxmaq üçün qəbilə başçısının xüsusi icazəsi lazımdır. Göl hasarla əhatə olunub. Siz onu xüsusi müşahidə göyərtəsindən də görə bilərsiniz[3].

  1. "Kanadanın Ləkəli Kliluk gölü". https://portal.azertag.az (az.). 15.02.2021. İstifadə tarixi: 4 yanvar 2024.
  2. Okanagan Geology South. (naməlum dil). Okanagan Geology Committee. səh. 78—79. ISBN 978-0-9699795-3-1 https://books.google.co.uk/books?id=KG0otwAACAAJ (#bare_url_missing_title).
  3. "Озеро Клилук". 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.