Ləkəli göyək - (lat. Echium maculatum)
Ləkəli göyək | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ləkəli göyək |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
İkiillik bitkidir. Gövdəsi adətən tək, dikduran, hündürlüyü (20) 30-60 (80) smdir. Yarpaqları xətvari, çoxsaylı, 4-6 sm uzunluqda, 0,5-1 sm enində, lansetvari, aşağıda yerləşərək kök yanında, qaidəyə doğru dartılan, itiuclu, yaşılımtıl, hərdən ağarmış və ya bozumtuldur. Çiçəkqrupu ensiz süpürgəşəkillidir, sünbülşəkilli, az-çox uzun, hərdən 20-30 sm-ə çatır. Qıvrımların uzunluğu 1-3 sm-dir. Kasacıq seyrək ağ qıllıdır, uzunluğu 7 mm-ə yaxındır. Çiçək tacının uzunluğu 12-15 mm-dir, tünd qırmızı rənglidir. Fındıqçalar qara rəngli, hündürlüyü 2 mm-dir, üçkünc-yumurtavaridir.[2]
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Otlu yamaclarda, meşədə, kolluqlarda, qayalıq ərazilərdə, dağ çəmənlərində bitir.[3]