Lələkli stafula

Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides)

Tüklüquyruqlu mirikariya
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Çay vadilərində, daşlı-qumlu, çınqıllı sahillərdə rast gəlinir. İşıqsevən, nəmişliyə tələbkar, xəstəlik və zərərvericilərə davamlı bitkidir. Məhsuldar, drenajli sahələrdə yaxşı bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Bütün vegetasiya dövrü ərzində dekorativ görünüşlüdür. Hündür, çoxillik bitkilərlə qrup əkinləri üçün yararlıdır. Sarımtıl-qonur qabığında təxminən 15% aşılayıcı maddə vardır. Qabığından qara boya alınır və dəri istehsalı üçün istifadə edilir.