Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Nemoralis (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Ləman Süleymanova (tam adı: Ləman Əzizağa qızı Süleymanova) — azərbaycanlı həkim, dietoloq, terapevt.[1][2]
Ləman Süleymanova | |
---|---|
Ləman Əzizağa qızı Süleymanova | |
Doğum tarixi | 7 iyul 1987 (36 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | həkim, dietoloq, terapevt. |
Ləman Süleymanova 1987-ci il 7 iyul tarixində Bakı şəhərində, hərbçi ailəsində anadan olub.
Ləman Süleymanova, Bakı şəhəri 82 nömrəli tam orta məktəbdə təhsil almışdır. O, eyni zamanda Qara Qarayev adına 8 saylı musiqi məktəbinin fortepiano bölümü üzrə təhsil alıb və uşaq yaşlarında dünyanın müxtəlif şəhərlərində pianoçu kimi qastrol səfərlərdə olmuşdur. Həmin illərdə bir sıra qəzetlərdə müəllifi olduğu şeirlər çap olunmuşdur.
Ləman Sülymanova 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində daxil olub, 2006-cı ildə Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasında təcrübə keçib, 2007-ci ildə 14 saylı uşaq poliklinikasında həkim pediatr vəsifəsində çalışıb. Çalışdığı müddətdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda öz sahəsi üzrə müxtəlif kurslar keçib. Ləman Süleymanova ikinci təhsilini Almaniyanın Kil şəhərində Kristiana Albreksta Universitetinə dietologiya fakültəsinə daxil olub və 2012-ci ildə həmin universiteti bitirib. Dünyanın müxtəlif ölkələrində tibbi, xüsusəndə dietologiya sahəsi üzrə kurslar keçib və dietologiya üzrə bir sıra müsabiqələrin qalibi olub.
Azərbaycanda dietologiya sahəsinin təməlini qoyan həkimdir. Bu sahə üzrə bir neçə məqalələri çap olunub və bir sıra kitabların müəllifidir. Əsas məqsədi Azərbaycanda piylənmə adlanan xəstəliyə qalib gəlməkdir.[3][4] Ləman Sülymanova 200 kq çəkidən əziyyət çəkən ağır xəstəliyi olan insanı 80 kq-a salan azərbaycanlı həkimdir. Ləman Süleymanova Türkiyənin İstanbul şəhərində və Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərib.[5][6][7] Hazırda isə Bakı şəhərində fəaliyyət göstərən Ləman Med klinikasının baş həkimdir.