Lənkəran Dövlət Rəsm Qalereyası

Lənkəran Dövlət Rəsm Qalereyası — Qalereya Lənkəran şəhəri F.Məmmədov 1. ünvanında tarixi, dairəvi qalada yerləşir. Dairəvi qala 1747–1786-cı illərdə inşa edilmiş memarlıq abidəsidir. Lənkərаn Dövlət Rəsm Qаlеrеyаsı (LDRQ) 1981-ci ildə yаrаdılıb. Qalereyada ekspоnаtlаrın sаyı 124 ədəddir. Burada Azərbaycanın Tоğrul Nərimаnbəyоv, Nаdir Əbdürrəhmаnоv, Böyükаğа Mirzəzаdə, Lətif Fеyzullаyеv, Hаfiz Zеynаlоv və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir.[1]

Lənkəran Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1981
Yarandığı yer Azərbaycan Lənkəran
Fəaliyyət göstərdiyi yer Lənkəran, Azərbaycan, F.Məmmədov küç.1
Sədr Məmmədsadıx Axundov

Qalereyada il ərzində 10–12 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir və tanınmış rəssamların sərgiləri nümayiş olunur. Qalereyada rəssamların sərgiləri ilə yanaşı uşaq yaradıcılığına da xüsusi yer verilir. Qalareya Lənkəranda yaşayan xalq sənətkarları ilə sıx əməkdaşlıq edir, onların əl işlərindən ibarət sərgilər təşkil edir. Xalq sənətkarlarının və həvəskar rəssamların, həmçinin peşəkar rəssamların işləri təkcə Lənkəranda deyil Bakıda və ölkəmizdən kənarda-Gürcüstanda, Özbəkistanda, Moskvada, Sank-Peterburqda, Ukraynanın müxtəlif şəhərlərində nümayiş etdirilmişdir. Qalereyada digər ölkələrdən, Gürcüstandan, Türkmənistandan, Özbəkistandan, Tacikistandan, Ukraynadan, Moskvadan və Azərbaycanın digər rayonlarından və şəhərlərindən gətirilmiş həm yaşlı, həm də uşaq işlərindən ibarət sərgilər keçirilmişdir. 1982-ci ildə may ayında ilk dəfə olaraq Lənkəran rəssamlarının, dekorativ tətbiqi sənət ustalarının işlərindən ibarət sərgi təşkil edilmişdir. Bundan başqa Lənkəranda ilk dəfə Uşaq yaradıcılıq sərgisi, Azərbaycan Xalq rəssamı Maral Rəhmanzadənin və Hüseyn Əliyevin "Lənkəran lövhələri" adlı yaradıcılıq sərgisi numayiş olunmuşdur. 1984-cü ildə Amerika rəssamı Elton Faksin qrafika uslubunda işlənmiş əsərlərindən ibarət sərgisi, SSRİ Xalq rəssamı xalçaçı rəssam Lətif Kərimovun qiymətli xalçalar və xalça eskizləri ilə zəngin olan sərgisi, 1985-ci il avqust ayında SSRİ xalq rəssamı Mixayil Bereyskinin fərdi yaradıcılıq sərgisi nümayiş olunmuşdur.[2]

  1. "Lənkəran Dövlət Rəsm Qalereyası". azgallery.az. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.04.2021.
  2. "Lənkəran Dövlət Rəsm Qalereyası". lankaran.mctgov.az. 2020-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 06.04.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]