Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi

Lənkəran Tarix-diyarşunaslıq muzeyi — 1924-cü ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi rəsmi olaraq fəaliyyətə başlamışdır. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın sarayına köçürülür[1]. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır.[2]

Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi
Əsası qoyulub 1924
Açılış tarixi 1991
Yerləşir Lənkəran şəhəri Ş.Axundov küç. 21
Kolleksiyası 6560
Telefon (025) 255-08-29
İş rejimi 1-7- ci günlər, saat 9:00-17:00
Muzeyin içərisindən görüntü.

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini adət-ənənələrini əks etdirir. Muzeydə 6560 ədəd tarixi eksponat yer almışdır. Muzey xalqımızın qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid sümükdən hazırlanmış bıçaqlar, həvəngdəstə, çəkiclər, tunc dövrünə aid silahlar və qadin bəzək əşyalari, VII–XII əsrlərə aid heç vaxt rəngi solmayan boyali saxsi qablar qoç fiqurlu qəbir daşlari, çox maraqlidir. VIII–IX əsrlərə aid memarləq abidəsi — Bəlləbur qalasının tikinti materiallari nümunələri, qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur. Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyalari da orta əsrlərə aiddir. Muzeyin qədim eksponatlarından olan mis manqal XIX əsrə aiddir və evi qızdırmaq üçün istifadə olunurdu. Bu manqal cızma naxışlarla bəzədilib. Şarlı lampalar qizların cehiz olub. Gümüşdən hazırlanmış bəzək əşyalari, kəmər və toqqası, ətirqabılar Lənkəran zərgərlərinin əl işləridir.[3]

Muzeyin ekspozisiyiası

[redaktə | mənbəni redaktə et]

Muzeyin nümayiş otaqlar 10 çöbədən ibarət olub müxtəlif dövləri əhatə edir.

  1. Lənkəran toponimi
  2. QızılağacHirkan qoruğu bölməsi
  3. İbtidai dövr bölməsi
  4. Qədim dövr şöbəsi
  5. Etnoqrafiya şöbəsi
  6. Daş abidələr bölməsi
  7. Mədəniyyət şöbəsi
  8. Xanlıqlar bölməsi
  9. Arxeologiya şöbəsi
  10. Elm və təhsil şöbəsi.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Muzeydə yenidən qurma işləri". https://azertag.az. İstifadə tarixi: 27.11.2020.
  • "AZƏRBAYCAN RESPUBLİKASI LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ". http://lenkeran-ih.gov.az. İstifadə tarixi: 27.11.2020.
  1. AzərTAc. ""Qafqaz gözəli"nin sarayı" (az.). Youtube.com. 10.12.2022. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  2. "Azərbaycan muzeyləri". https://museum.az. İstifadə tarixi: 27.11.2020.[ölü keçid]
  3. "Lənkəran Regional Mədəniyyət İdarəsi". http://lankaran.mctgov.az. 2020-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27.11.2020.
  4. "Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi". http://lankaran.mctgov.az. 2020-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27.11.2020.