Lənkəran anodontu

Lənkəran anodontu (lat. Anodonta lenkoranensis) — Anodonta cinsinə aid növ. Cinsin Qafqazda 5 növ və 2 yarım növü, Azərbaycanda isə 2 növü və 1 yarım növü yayılmışdır. Sayı azalmaqda olan endemik növdür, antropogen təsirlərə həssasdır.[1]

Lənkəran anodontu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Lənkəran anodontu
Beynəlxalq elmi adı
  • Anodonta lenkoranensis

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Yumurtaya bənzəyir. Bədən hissəsi nisbətən şişkindir. İki canağa malik olur. Çanağın uzunluğu 140, hündürlüyü 70, şişkinliyi isə 60 mm-ə qədərdir. Çanaq iri, qalın divarlı və sərtdir. Qismən sıxılıb girdələnmiş ön kənar üst kənarla, əsas növ üçün xarakter olan küt bucaq əmələ gətirmir. Aşağı hissə çəpinə kəsilmişdir. Arxa kənar qismən kəsik, getdikcə girdələnərək arxaya uzanır və sanki küt “dimdik” əmələ gətirir. Çanağın zirvəsi (təpə nöqtəsi) çanağın ön 1/3-də yerləşmişdir. Liqament kilid uzun və möhkəmdir. Çanağın üzəri sıx qabırğalarla örtülüdür. İllik həlqələr aydın görünür. Epidermis zəif inkişaf etmişdir. Kilid dişsizdir. Çanağın içəri səthi hamar və parlaqdır. Onun üzərində zəif radial şüalar görünür. Şüalar çanağın zirvəsindən kənara uzanır. Sədəfi ağ-mavi rəngdədir, o, çanağın ön tərəfində daha qalındır.[2] Balıqların qida və inkubasiya obyekti kimi əhəmiyyət kəsb edir. Kərkə balığının çoxalması bilavasitə bu cinsin ayrı – ayrı növləri ilə bağlıdır.[3]

Yayılması[redaktə | mənbəni redaktə et]

Əsasən Lənkəran təbii vilayətinin çaylarının mənsəbində rast gəlinir. Xüsusi ilə QumbaşıçayıTəngərüdçayı görmək olar. Arealı sürətlə kiçilir. Bəzi alimlər onlara Kür çayının mənsəbində də qeyd olunması haqda məlumat verirlər. Azərbaycanın endemik canlısıdır. Çayların bitkilərlə zəngin olan zəif axarlı sahələrində lilli-qum biotopunda rast gəlinir.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Çayların bitkilərlə zəngin olan zəif axarlı sahələrində lilli-qum biotopunda rast gəlinir. Cinsi məhsullar may – iyul aylarında əmələ gəlir. Mayalanma daxilidir. Qloxidilər (sürfələr) molyuskların qəlsəmələrində yetişir. Tam formalaşmış qloxidilər yaz fəslində qəlsəmələri tərk edib balıqlara keçir və əsasən onların üzgəclərində parazitlik edir. Beləliklə də onlar yayılırlar. Az hərəkətli olub, yarıya qədər torpaqda yaşayır.

Sayı[redaktə | mənbəni redaktə et]

Areal daxilində hər m² sahədə 1 – 3 ədəd, bəzən isə 7 – 10-a qədər olur (Qumbaşı çayı). Fəsillərdən və digər amillərdən asılı olaraq sayı dəyişilir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Cinsi aktivlik aprel-may aylarına təsadüf edir. Balalar parazitar həyat sürür və əsasən balıqların qəlsəmələrində müşahidə edilir. Az hərəkətli olub, yarıya qədər torpaqda yaşayır. Balıqların qida və inkubasiya obyekti kimi əhəmiyyət kəsb edir. Kərkə balığının çoxalması bilavasitə bu cinsin ayrı – ayrı növləri ilə bağlıdır.[1]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Çayların su rejiminin dəyişilməsi və onların sənaye və məişətin çirkab suları ilə çirklənməsi.

Tədbiq olunmuş və lazımi mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Heç bir tədbir görülməmişdir və görülmür. Növün yayıldığı çayların təbii rejiminin dəyişilməsinə imkan verməmək, çayların çirklənməsinin qarşısını almaq, heyvanın kütləvi toplanmasını qadağan etmək, növün yayıldığı ərazilərə xəbərdarlıq nişanları qoymaq və qorunan növ kimi təbliğini genişləndirmək.[4]

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Biomüxtəliflikdə rolu böyük sayılır. Qida zəncirində və təbiətdə enerji axımında xüsusi əhəmiyyətə malikdir. Canaqları sədəf sanayesində istifadə edilir. Heyvandarlıqda onların canaqları üyüdülərək yemə qatılır. Digər əhəmiyyətləri və ziyanveriçilik xüsusiyyətləri tam örgənilməmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Жадин В.И. 1938. Моллюски (сем. Unionidae). Фауна СССР, т. IV, вып. 1. Изд. АН СССР, М-Л. стр. 95 – 96, 134 - 136;
  2. Касымов А.Г. Пресноводая фауна Кавказа. Баку: Элм АН АзССР, 1972. - 286 с.;
  3. Kontor Y.İ., Vinarski M.V., Schileyko A.A., Sysoev A.V. 2010. Catalogue of the Continental
  4. Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013
  2. "AMEA, Zoologiya İnstitutu.İkiayaqlılar". 2015-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
  3. Kontor Y.İ., Vinarski M.V., Schileyko A.A., Sysoev A.V. 2010. Catalogue of the Continental
  4. Жадин В.И. 1938. Моллюски (сем. Unionidae). Фауна СССР, т. IV, вып. 1. Изд. АН СССР, М-Л. стр. 95 – 96, 134 - 136;