Lənkəran gülxətmisi (lat. Alcea lenkoranica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür. Regional IUCN Statusu: EN B2ab (ii,iii, iv, v).
Lənkəran gülxətmisi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Lənkəran gülxətmisi |
||||
Beynəlxalq elmi adı | ||||
|
Çoxillik ot bitkisidir. Gövdəsi 100 sm-ə qədər hündürlükdədir. Yarpaqlar saplaqlı, altdan məxməri, xırda tükcüklü, ağımtıl, ya da boz rəngdə; üstdən-yaşıl, oval-uzunvari paylarla, 5-7 bölümlüdür Tacə parlaq-sarı rəngdə, 35-50 mm uzunluğundadır. Meyvələri 16-18 mm-dir, meyvəcikləri qanadlı, hamardır.
Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-sentyabr aylarına təsadüf edir. Toxum vasitəsi ilə çoxalır, quraqlığa davamlı, işıqsevən, qumlu düzənlikdə, psammofit qruplaşmalarda və dağ ətəklərində, moruq kollarının arasında rast gəlinir, dekorativ və dərman bitkisidir.
Kür-Araz və Lənkəran ovalıqları (Lənkəran rayonu – Alekseyevka kəndi; Masallı rayonu).
Populyasiyanın sayı azdır əhali tərəfindən geniş istifadə edilməsi populyasiyanın azalma tendensiyasını yaradır.
Antropogen təsirlər (yerli əhali tərəfindən müalicə məqsədi ilə yığılması, otarılma).
Tam mühafizə olunması təklif edilmişdir. Xüsusi mühafizə tədbirləri aparılmır. AMEA Botanika Bağında (Bakı) becərilib. Növün yığılmasının qadağan edilməsi, yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum bankında saxlanılması təklif olunur.