Lətif Xeyrulla oğlu Ağayev (2 aprel 1974, Züvüc, Lerik rayonu – 9 mart 1993, Məlikli, Ağdam rayonu) — Birinci Qarabağ müharibəsində şəhid olmuşdur.
Lətif Ağayev | |
---|---|
Lətif Xeyrulla oğlu Ağayev | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Dağ Qartalı |
Doğum tarixi | 2 aprel 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1993 (18 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Züvüc |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Xeyrulla |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan ordusu |
Xidmət illəri | 1992–1993 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
• Ağdam döyüşləri • Ağdərə döyüşləri |
Ağayev Lətif Xeyrulla oğlu 1974-cü il may ayının 2-də Lerik rayonunun Züvüç kəndində anadan olub.[1]
Ağayev Lətif Xeyrulla oğlu –1981-ci ildə Lerik rayon Züvüç kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1991-ci ildə adıçəkilən orta məktəbin onuncu sinfini bitirib.[2]
1992-ci ilin aprel ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Milli ordu sıralarına yola salınır. Xidmət dövrünün ilk üç ayını Daxili qoşunların Hacıqabul rayonunda yerləşən hissəsində çəkir, sonra isə Qarabağ cəbhəsinə göndərilir. Vətənpərvərliyi və qorxmazlığı ilə seçilən bu igid qəhrəman Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir, döyüşçülər arasında öz döyüş bacarığı ilə seçilir. Əsgərlər arasında "Dağ Qartalı" adı ilə tanınan Lətif Xeyrulla oğlu Ağayev dəfələrlə döyüş əməliyyatlarında iştirak edərək düşmənə sarsıdıcı zərbələr endirir. Vətənin qəhrəman oğlu Lətif Xeyrulla oğlu Ağayev 1993-cü il mart ayının 9-da Ağdərənin Manikli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin üç rəngli bayrağa bürünmüş cənazəsi doğulduğu Züvüç kəndinə gətirilərək torpağa tapşırılır.