Ləyaqət medalı (Osmanlı imperiyası)

Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır.[1]

"Ləyaqət" medalı

Ölkə Osmanlı imperiyası
Tip Medal
Kimə verilir
1890-cı ildən etibarən Osmanlı hərbi və mülki şəxslərinə, 1905-ci ildən etibarən isə xeyirxah işlərlə məşğul olan qadınlara verilmişdir.
Status Təqdim olunur
Statistika
Təsis tarixi 1890
Ardıcıllıq
Yüksək mükafat İmtiyaz medalı
Aşağı mükafat "Müharibə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qızılgümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi.

Medalın qızılgümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.[2]

  1. Megan Robertson. "Turkey:Liakat Medal" (ingilis). Archived from the original on 2012-03-23. İstifadə tarixi: 2018-10-30.
  2. Sezer, Tim. Ottoman decorations. 2011.