Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını.
Ləzə sürüşməsi-sel axını | |
---|---|
Tarix | 8 sentyabr 1993 |
Yeri |
1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur. Burada böyük sürüşmə kütlələri tərkibində az miqdarda su olan daşlı-palçıqlı selə çevrilmişdir. Bu sel hündürlüyü 80–100 m olan pillədən şəlalə kimi töküldüyündən sürəti artmış. Ləzə çayı dərəsinin maili düzənlik hissəsinə yayılmışdır. Bu. bir sutka davam elmişdir. Selin gətirdiyi kütlə buranın relyefinin 3–6 m. qalxmasına səbəb olmuşdur. Dəniz səviyəsindən 1650 m. yüksəklikdə yerləşən 19 evdən ibarət kənddə 3 ev sel altında qalmışdır. Selin gətirdiyi materiallar arasında çəkisi 5–6 tona, hətta 15–20 tona çatan, əhəngdaşlarından ibarət qaya parçalan olmuşdur. Alimlər bu tipli sürüşmə-sel axınının təbiətdə çox az təsadüf olunan nadir hadisə olduğunu deyirlər. Selin Ləzəyə gətirdiyi palçıq 3 ildən sonra qurumuşdur.[1]