LEGO Betmen: Film - DC Super Qəhrəmanlar Birliyi (film, 2013)

LEGO Betmen: Film – DC Super Qəhrəmanlar Birliyi (ing. Lego Batman: The Movie – DC Super Heroes Unite) – LEGO Batman 2: DC Super Heroes video oyununa əsaslanan, komediya və ekşn janrlı superqəhrəman filmi. Film oyundakı bir çox səhnələri əhatə edir, amma oyunun süjeti yeni səhnələr ilə əvəz olunub. Film 21 may 2013-cü ildə DVDBlu-ray tərəfindən nəşr edilmiş və filmin təşviqi tonunun tənqid olunmasına baxmayaraq ümumi müsbət rəylə ekşn və animasiya filmi kimi qəbul olunmuşdur[1].

LEGO Betmen: Film - DC Super Qəhrəmanlar Birliyi
Rejissor Con Böron
Prodüser Con Böron
Ssenari müəllifləri Con Böron
Devid E. Qudmen
Baş rollarda Klensi Broun
Troy Beykr
Kristofer Kori Smit
Trevis Uillinqam
Laura Beyli
Brayn Blum
Stivi Blam
Kem Klerk
Tounsend Kolmen
Rob Paulzin
Çarli Şkletter
Katrin Von Till
Erin Şanaqer
Bəstəkarlar

Rob Vestvud
Denni İlfmen (Betmen mövzusu)

Con Vilyams (Supermen mövzusu)
Studiya

Warner Premiere
DC Entertainment
The Lego Group
TT Animation
The Donners' Company

Tim Burton Productions
Distribütorlar
Müddət 71 dəqiqə
Büdcə 5.4 milyon $
Ölkələr ABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Danimarka Danimarka
Dil İngiliscə
İl 21 may 2013

Betmen və Supermen LeksKorpa gələrək Leks Lütor və Coker tərəfindən idarə olunan Coker-botun üzərinə düşürlər. Cinayətkarlar robotun kriptonit silahından istifadə edərək Supermeni ram edir və böyük sandıqla Betmeni əzirlər. Bu hadisələrdən sonra filmdə iki gün əvvələ qayıdılır; həmin səhnədə Qotam şəhərində "Şəhərin ən yaxşısı" mükafat şousu keçirilir. Lütor, sonda Brus Ueynə aid olan "İlin adamı" mükafatını oğurlayır, lakin mərasim Cokerin rəhbərlik etdiyi "Cinayətkarlar" qrupu (Coker mükafatı oğurlayanda, qrup üzvləri də tamaşaçıları soymuşdular) tərəfindən sonlanır. Bütün bu hadisələr baş verərkən Coker özü haqqında bir film təqdim edir; bu film isə insanların Cokerə pərəstiş etməsi haqqındadır. O, bu film haqqında qısa şəkildə öz gülüş effektindən istifadə edərək danışır. Betmen onu gizli göstərən yarasa kostyumunu geyinərək Robinlə birlikdə Harli Kvin, Ridler, İki-Üzlü, Pinqvin və Pişik Qadını məğlub edirlər. Coker motorlu qayıqla qaçmağa cəhd göstərsə də, sonra yaxındakı karnavalda məğlub olur. Daha sonra, cinayətkarlar Arkam Sığınacağında həbs olunurlar. Betmen və Robin isə, keçmişdəki məyusluğa baxmayaraq Supermeni təbrik etmək üçün onun yanına qayıdırlar.

Daha sonra, Coker effektinin ona prezident seçilməsinə kömək edə biləcəyinə inanan Lütor, qırılmaz qara cisimləri parçalayan kriptonitlə işləyən bir silah olan "Dekstruktor"-dan istifadə edərək Cokeri Arkamdan çıxarır. O və Lütor öz qaçışlarını planlaşdırmazdan əvvəl, Coker daha çox məhbusun qaça bilməsi üçün Dekstruktordan istifadə edir. Betmen və Robin, Müvəkkil Qordonun sığınacağının həyətindən qovduqdan sonra Pinqvin, İki- Üzlü, Harli, Ridler, Pişik Qadın, Zəhər və Zəhər Sarmaşığını topladığı çətinlik çağırışına cavab verdilər. Betmen daha sonra Cokerin qaçdığını anlayır və enerji imzası buraxan Dekstruktordan təsirlənmiş bəzi kərpicləri tapır.

Eys Kemikalsda baş verən problemi həll edərkən, Betmen və Robin bunu Cokerin etdiyini anlayırlar və onun bütün planları haqqında məlumat toplamaq üçün ipucu axtarırlar, lakin fabrik Cokerin partlayıcı kimyəvi reaksiyaları ilə dağılır. Supermen yanğını söndürərək bir cütlüyü xilas edir lakin bu vaxt Betmen əlindəki situasiya ilə məşğul idi. Sonra, Betmen Cokerin kimyəvi maddələri oğurlayaraq onları sintetik kriptonit ilə qarışdıra bildiyini və Lütorun mobil əməliyyat mərkəzinin imzasını izləyərək Betmobilin bort kompüterindən istifadə etdiyini öyrənir. Betmen və Robin vasitəyə minərək sintetik kriptonitin bir qismini qaytarırlar ancaq bu qismi də oğurlanır və Dekstruktor tərəfindən dağıdılan Betmobilə görə bu təqib davam edə bilmir. Ortaqlar Yarasa mağarasına gəldikdə üzərlərində Coker və Lütorun onları izləməy üçün istifadə etdikləri sintetik kriptonitdən xəbərsizdirlər. Cinayətkarlar Yarasa mağarasını dağıdır və Betmenin həqiqi kriptonit təchizatı ilə Betmen və Robin Supermen tərəfindən yenə də xilas olunurlar.

Robin Betmenin cihazlarından qalanlarını xilas etməyə çalışarkən, Supermenlə birlikdə Metropolisə gedir və LeksKorp-a nüfuz edir və filmin açılış səhnəsinə aparır. Lütor və Coker qəhrəmanların kostyumları bir neçə dəqiqə əvvəl dəyişdirib xilas olduqlarından xəbərsiz olaraq robotları ilə uçurlar. Onlar cinayətkarları və havada döyüşənləri izləyərkən robotun uçan dişlisi qırılır və kriptonitin enerji mənbəyi ifşa olunur. Ortaqlar şəhər zalında öz yollarını bərpa edirlər ki, Lütorun planları alt-üst olsun, çünki səsverənlər Lütorun əvəzinə Cokeri alqışlamağa başlayanda, göstərildiyi kimi, Cokerin gülüş effekti ilə ona pərəstiş edə bilirlər. Sonra başqa bir mübarizədə, Supermen robotun enerji mənbəyini zədələyir, bu səbəblə o kriptonitə maye sızdırır lakin tamamilə ondan ayrılmır. Robin şən bir şəkildə Betmobilə qayıdır, çünki o artıq Dekstruktorun təsirini təqib edə bilir. Betmen Robinlə birlikdə Lütor və Cokerə tələ qururlar və onları Qotam ətrafında təqib edə bilirlər. Kriptonit böyük Coker sifəti yaradır və bu gözətçi qülləsindəki Marslı Ovçu tərəfindən görülür. Sonra, o bunu Ədalət Birliyinin digər üzvlərinə: Möcüzə Qadın, Sayborq, Yaşıl Fənər və Fləşə çatdırır. Qəhrəmanlar Coker Robotu dağıtmazdan əvvəl, Lütor da Brus Ueyndən qisas almaq üçün Ueyn Qülləsini dağıdır.

Supermen öz gücünü bərpa edir, sonra o və Möcüzə Qadın Ueyn Qülləsini qorumağa çalışırlar, digərləri isə Coker robotu ilə döyüşərkən onu məğlub edirlər. Yaşıl Fənər sabitləşdiricinin köməyilə Ueyn Qülləsini yenidən tikirlər, Coker və Lütor isə həbs olunurlar. Müvəkkil Qordon günü qurtardığı üçün Betmenə təşəkkür edir və o etiraf edir ki, dostlarsız heç yerə çatmaq mümkün deyil, o dostları olduğu üçün çox şaddır və onlara hər zaman güvənir. Ədalət Birliyi Yarasa mağarasını yenidən inşa edir və Yaşıl Fənər, güc zəncirindən kosmosa bir siqnal vuraraq qələbə çalır, bunu "Mən tapdım" deyən Breyniyak görür.

Səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
  • Troy BeykrBrus Ueyn/Betmen, İki-Üzlü, Breyniyak
  • Trevis Uillinqam — Kel-İl/Klerk Kint/Supermen
  • Kristofer Kori SmitCoker
  • Klensi BrounLeks Lütor
  • Laura BeyliHarli Kvin, Zəhərli Sarmaşıq, Möcüzə Qadın
  • Brayn BlumViktor Ston/Sayborq
  • Stivi BlamZəhər, Pinqvin
  • Kem Klerk — Hel Cordon/ Yaşıl Fənər, Con Conzz/Marslı Ovçu
  • Tounsend KolmenMüvəkkil Ceyms Qordon
  • Rob Paulzin — Ridler
  • Çarli Şkletter — Berri Ellin/Fləş, Tim Dreyk/Robin
  • Katrin Von Till — Qadın Pişik, Betkompüter
  • Erin ŞanaqerViki Veyl

Common Sense Media-dan Ceffri Enderzon filmdəki təmizürəkli superqəhrəmanların əyləncəli olduğunu söyləyərək filmə 9/10 xal verdi və filmin oyuncaqlar üçün böyük bir reklam ola biləcəyini vurğuladı.[2]

Film Racket-dən Mayk MekQrenehen filmin "gözəl animasiya və tamamilə cazibədar" olduğunu dedi və filmə 3/4 ulduz verdi.[3]

Filmin DVDBlu-ray yayımında, "Lego Betmen" stop-moşn animasiya yarışmasında qazanan adları, Lego stop-moşn animasiyasında Betmen: cəsur və qorxusuzGənc titanlar filmlərinin üzvləri Betmen və Robin, Ədalət liqasının üzvləri ilə birləşərək bu filmlərdə yer aldı. (Supermen və Möcüzə qadının iştirak etdiyi "Triumvirat Terroru!", Yaşıl fənər və Möcüzə qadının birlikdə rolları canlandırdıqları "Ulduz Safirinin nifrəti!" və Sayborqun iştirak etdiyi "Overdrive" filmləri).

  1. "LEGO Betmen: Film - DC Super Qəhrəmanlar Birliyi (2013)". Rotten Tomatoes. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2020.
  2. Ceffri Enderzon. "LEGO BETMEN: FİLM - DC SUPER QƏHRƏMANLAR BİRLİYİ". Common Sense Media. 23 may 2013. 5 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
  3. Mayk MekQrenehen. "LEGO Betmen: Film - DC Super Qəhrəmanlar Birliyi". Film Racket. 22 may 2013. 17 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]