LORA (ivr. לורה) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir.[1][2]
LORA | |
---|---|
Tipi | Qısa mənzilli kvasiballistik raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar edənlər | Azərbaycan |
İstifadə edilən döyüşlər | İkinci Qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
İstehsalçı | İsrail Aerokosmik Sənayesi |
Xüsusiyyətləri | |
Ağırlığı | 1.6-1.8 ton |
Uzunluğu | 5 metr |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir.[3][4] LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi və Laçında yerləşən körpünün partladılmasında LORA-dan istifadə edilsə də, körpüyə ancaq minimal zədə vura bilmişdir.[5]