La-Loş məktəbində atışma — 2016-cı il yanvarın 22-də La Loş şəhərində (Saskaçevan, Kanada) məktəbdə atışma baş verib. 17 yaşlı Rendon Fonteyn[1] evdə iki əmisi oğlunu tapança ilə öldürüb, daha sonra oxuduğu məktəbə gələrək orada atəş açıb. Hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb[2][3][4][5].
Kanadanın baş naziri Castin Trüdo həlak olanların yaxınlarına başsağlığı verib və atışmanın baş verdiyi məktəbə şəxsən baş çəkib[8].
Şəhər meri bildirdi ki, o, məktəbin sökülməsini və sonra yenidən tikilməsini istərdi, çünki "burada çox ağrı var idi, bu, travmadır (şəhərin bütün sakinləri üçün)"[9][10].
8 may 2018-ci ildə Rendon Fonteyn 10 ildən sonra şərti azadlığa buraxılma hüququ ilə ömürlük həbs cəzasına məhkum edildi.