Castin (Jüsten) Pyer Ceyms Trüdo (ing. Justin Pierre James Trudeau; 25 dekabr 1971[1][2][…], Ottava[3]) — Kanadalı siyasətçi, Kanadanın 23-cü və indiki baş naziri, Liberallar Partiyasının rəhbəri. O, Co Klarkdan sonra Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda köhnə Baş nazir Piyer Trüdonun da ən böyük oğludur.[5]
Castin Trüdo | |
---|---|
ing. Justin Trudeau | |
Vəzifədədir | |
4 noyabr 2015-ci ildən | |
Əvvəlki | Stiven Harper |
Şəxsi məlumatlar | |
Doğum adı | Justin Pierre James Trudeau |
Doğum tarixi | 25 dekabr 1971[1][2][…] (52 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, nazir, vəkil, hüquqşünas |
Atası | Pyer Trüdo |
Dini | katolisizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4], hüquq[4] |
|
|
Təltifləri | |
liberal.ca | |
Vikianbarda əlaqəli mediafayllar |
Castin Trüdo 25 dekabr 1971-ci ildə Kanadanın Ottava şəhərində dünyaya gəlmişdir. Təhsilinə 1976-cı ildə Roklif Park dövlət məktəbində başlamış, orta təhsilini isə Kolej Jon de Bğeböf fransız liseyində almışdır. Trüdo 1994-cü ildə Makgill Universitetini, 1988-ci ildə isə Britaniya Kolumbiyası Univeristetini bitirmişdir. Günümüzdə Montreal Universitetində təhsilini davam etdirməkdədir.
Britaniya Kolumbiyası Univeristetində təhsilini başa vurduqdan sonra Trüdo bir müddət burada müəllim kimi işləməyə başlayır.[6] 2000-ci ildə atası Piyer Trüdo vəfat edir. 2007-ci ildə Trüdo Kanadanın I Dünya müharibəsində iştirakından söz edən "Böyük müharibə" adlı filmdə səhnə almışdır.
Atasının ölümündən sonra Trüdo siyasi həyata qoşulmuşdur. 2008-ci ildə Kanadada federal seçkilərdə müvəffəqiyyət qazanaraq məclisə daxil oldu. 2009-cu ildə gənclik və multikulturalizm məsələləri üzrə Liberallar partiyasının tənqidçisi seçildi. 2010-cu ildə vətəndaşlıq və miqrant məsələri üzrə, 2011-ci ildə isə təhsil, gənclik və qeyri-peşəkar idman məsələləri üzrə tənqidçi vəzifələrini icra etmişdir. 14 aprel 2013-cü ildə Trüdo partiyanın rəhbəri seçildi.[7]
Kanada Federal Parlamentində 2015-ci il seçkilərinə qədər artıq 9 ilidi ki, mühafizəkarlar qalib gəlirdi, lakin 2015-ci il seçkilərində 180-dən çox yer qazanan Liberallar Partiyası qalib gəldi və Castin Trüdo Baş nazir seçildi. Trüdonun rəhbərliyində Liberallar Partiyası 2011-ci ilə nisbətən məclisdə 150 yer artıq qazana bilmişdi. Trüdo seçkilərdən sonrakı çıxışında "Bütün Kanadalıların Baş naziri olacağam" deyə müsahibəsində bildirdi.
Onun kabinetində 30 nazirliyin 15-nə qadınlar təyin edildi. 2015-ci ildə keçirdiyi seçki kompaniyalarında cinsi bərabərlik yönündə addımlar atacağını bildirən Trüdo, Kanadanın himnində yer alan "oğullarının rəhbərliyində" ifadəsini "hamımızın rəhbərliyində" olaraq dəyişdirdi.
Trüdo başqa bir müsahibəsində LGBT yürüyüşlərində iştirak edəcəyini bildirdi. Onun Baş nazirliyində Kanada 25 min suriyalı miqrantı qəbul etdi.
Bu müddət ərzində Trüdo Time jurnalının dünyanın ən nüfuzlu 100 adamının siyahısına çıxdı və Ottavadakı bir çıxışında, marixuanın ölkədə qanuni olacağını açıqladı.