Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.
Eyfel qülləsi | |
---|---|
fr. La Tour Eiffel | |
48°51′29″ şm. e. 2°17′40″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Yerləşir | VII arondisman[1][2] |
Memar | Qüstav Eyfel |
Tikilmə tarixi | 28 yanvar 1887-15 mart 1889 |
Üslubu | Metal konstruksiya |
Hündürlüyü | 330 m[3][4] |
Material | polad[5] |
Vəziyyəti | Fəaliyyətdə olan televiziya qülləsi |
Rəsmi sayt |
toureiffel.paris toureiffel.paris/en toureiffel.paris/it |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00088801 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.
Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir.
Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789-cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qüstav Eyfel idi.
Fikirlərdən birinə əsasən daşdan hazırlanmış monumental abidə yaratmaq lazım olduğunu dedilər. Ancaq bundan əvvəl ABŞın Vaşinqton şəhərində bu tipli böyük abidə yaradılmışdı və onun hündürlüyü isə tam 169 m hesab olunurdu. Düşüncələrə görə daşdan hazırlanmış hər hansı abidə bundan hündür ola bilməz, yaxud hazırlanması çox müddət almaqla yanaşı, çətin bir proses olardı. Buna görə də həmin fikir tamamilə rədd edildi. Nəticədə isə Qüstav Eyfel öz hazırladığı layihədə müxtəlif dəyişikliklər etdi, həmçinin dekorasiyasını da qismən dəyişdirdi. Bu böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa da Qüstav burada elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır vəziyyətdə olacaqdı. Qeyd edək ki, bu layihənin seçilməsində vaxt problemi də qismən kömək oldu. 1889-cu ildə hazırlanan Beynəlxalq sərgilər bürosunun təməli atılmış və Qüstav Eyfel tərəfindən hazırlanmışdır. Əslində isə bu qüllənin memarı Qüstav Eyfel deyil, isveçrəli Murico Koechin sifarişinə əsasən hazırlayan Stefen Sauvestredir. Stevan həmin layihənin hazırlanmasında ona xüsusi görünüşün verilməsində mühüm rol oynadı, çünki Parislilərin diqqətini cəlb etmək üçün onun xarici görkəmi daha vacib rol oynayırdı. Bu insan öz peşə və sənət yoldaşı olan Emile Nouguier ilə birlikdə bu nümunələri hazırlamışdır. Qüllənin inşası tam 7 739 401 frank 31 sent tutmuşdur, lakin Qüstav Eyfelin fikirlərinə görə isə bu maliyyə xərcləri 1 milyondan da yuxarı olmuşdur. 1889-cu ildə açılış tarixindən əvvəlki beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə il sonuna qədər sərf edilmiş xərclərin ¾ çıxardılır. Beləliklə elə ilk əvvəlki dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait yaradan məkanlardan birinə çevrilmişdir.
1889-cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdir. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900-ü ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 1925-ci ildə isə maqnat Andre Sitroenin avtomobil istehsalçısı kimi markası reklam olunmuşdur. Sitroen özü bu reklamı "Alovlar içərisində Eyfel qülləsi" adlandırmışdır. Eyfeldə həmin vaxt 125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr tam 1934-cü ilədək davam etdi. 2000-ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.
3000 işçi 26 ay müddətində 18.038 ədəd dəmirdən olan parçaları 2,5 milyon hissələrdən istifadə edərək bir yerə yığmağı bacardı. Həmin dövrdə bu qüllə inşa edilərkən bir dənə də olsun ölüm hadisəsinin olmaması, istifadə edilən texnologiyaların zəif olması ilə müqayisə edildiyinə böyük heyrət doğurur.
Ancaq parislilər bu müddət ərzində qülləni bir utanc ləkəsi kimi görmüş və ona nifrət etmişlər. Bəzi sənətçilər buranı bir yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bəzi insanlar isə ədəbiyyatçı və sənətçiləri bir yerə yığaraq imza toplamış və birliklərini bu qülləyə qarşı istifadə etmişlər. Həmin işdə 300 tanınmış şəxsin imzası olmuşdur. Bunların arasında Aleksandr Düma, Şarl Quno və Gi de Mopassan da yer almışdır. Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl memarlıq nümunələrindən biri sayılır. Parislilər bu abidəni Dəmir qadın olaraq adlandırırlar. Əvvəlki dövrlərdə Eyfel qülləyə sadəcə 20 il ərzində idarə etməsi üçün səlahiyyət almışdı. Deməli 1909 – cu ildə qüllə tamamilə sökülməli idi, lakin öz yüksəkliyinə görə əlaqə yaratmaq üçün münasib idi və Atlantik okeanın da o biri tərəfi ilə əlaqələri genişləndirmək bu tikili ilə mümkün olduğuna görə sökülməməsinə icazə verildi.
Eyfel qülləsinin tikintisində 300-ə yaxın fəhlənin əməyindən istifadə edilmişdir. Tikintiyə başlamamışdan əvvəl layihəni tez bitirmək üçün nəzərdə tutulmuş konstruksiyaların çoxu, xüsusən dəmirdən olan hissələr bir – birinə geydirilmişdi. Eyfel 14 fevral 1887 – ci ildə "Le Temps" qəzetinə verdiyi müsahibədə tikdiyi qüllənin hündür olması ilə yanaşı, onun küləyə davam gətirməsinin də vacib yer tutduğunu xüsusi qeyd etmişdir.
Eyfel qülləsi 300 m yüksəklikdədir. Zirvəsindəki televizor ötürücüləri 27 m daha yüksəkliyə qaldırılmasına yol açır. Hazırkı dövrdə çox geniş istifadə olunan polad yerinə dəmirdən inşa edilmişdir, xüsusi texnikalar sayəsində dövrümüzə qədər gəlib çıxmışdır. Qüllənin ilk mərtəbəsinin hər dörd tərəfində onu yaradan fransız mühəndis, alim və burada əməyi keçən müxtəlif insanların adları yazılmışdır.
200 000 m – dək ərazini əhatə edən Eyfel qülləsi hər 7 ildə bir 60 ton boya ilə rənglənir. Bu iş prosesi zamanı 25 rəngsaz məsuliyyət daşıyır və onlar tərəfindən rəngləmə prosesi yerinə yetirilir, bu çalışma tam 15 ay davam edir. Bu iş prosesi əsnasında tam 1 500 fırça, 5 000 sumbata kağızı və 1 500 iş paltarından istifadə edilir. Həmçinin təhlükəsizlik məqsədi ilə 50 km uzaqlıqdan kəndirlər vasitəsilə xətt çəkilir və giriş qadağan edilir. 20 000 metrlik yerdə isə qoruyucu tordan istifadə edilir. Boyama təxminən 3 milyon avro dəyərində xərclə nəticələnir. Zaman keçdikcə qüllənin rəngi qırmızıdan qəhvəyi rəngə, sonra sarıya çalan qəhvə rənginə, lap sonralar isə hazırkı gümüşü rənginə gəlib çıxmışdır. Qüllə boyanarkən üç rəngin tonundan istifadə edilir. Ən açıq rəng zirvədə, ən tünd rəng isə tam aşağı hissədə istifadə edilir.
Bəzən qüllədə intihar vəziyyətləri də yaşanır. Demək olar ki, indiki dövrə qədər 400 nəfər adam bunu gerçəkləşdirməyi bacarıb. Müxtəlif zamanlarda bu cür işlərin yerinə yetirilməsinin qarşısını almaq üçün platformaların arasına dəmirdən barmaqlıqlar yerləşdirilmişdir.
Cəmiyyət üçün açıq elan edilmiş hissələr 57 m, 115 m və 276 m yüksəklikdə yerləşir. Gələn ziyarətçilər üç liftdən istifadə edirlər, xüsusən şimal, qərb və şərq istiqamətindəki platformalara bunlar çatdırır. İlk mərtəbədə və ikinci mərtəbədə yeməkxana, restoranlar mövcuddur. Ayrıca iki mərtəbədə isə Eyfel qülləsinin tarixini özündə birləşdirən bir sərgi var. Ən üst mərtəbəyə çıxmaq istəyən hər bir ziyarətçi ikinci mərtəbədə nəzərdən keçirilər və axtarılma aparıldıqdan sonra tamam başqa liftə minməyə ona icazə verilər. Ən üst hissə həm üstü açıq, həm də üstü bağlı bir platformaya sahibdir.
Qüllənin açılışından sonra ilk platformaya qədər 50 ziyarətçi daşıyan iki hidrolik lift fəaliyyətə verilmişdir. Bunlar üçün lazımlı hidrolik preslər 16 sütuna birləşdirilmişdir. Şimal qanadından başqa bir liftlə ikinci mərtəbə çıxmaq mümkündür. II Dünya müharibəsi zamanı buranın iş prosesində yaranmış problemlərlə əlaqədar bunlar tamamilə unuduldu və Adolf Hitler qülləyə çıxmaq üçün yaylardan istifadə etmək fikrini irəli sürsələr də alınmamışdır. Nəticədə o, Eyfel qülləsinin başına çıxa bilməmişdir. Buna görə də deyirlər ki, Hitler Fransanı zəbt etsə də Eyfeli tuta bilmədi. Ancaq çox maraqlıdır ki, onun şəhəri tərk etməsindən bir neçə saat sonra lift yenidən işləməyə başlamışdır. Adolf Hitler Ditrix fon Koltisə Parisdə olan bütün tikililərlə yanaşı buranın da məhv edilməsini ona əmr etsə də, çox qəribə haldır ki, o, əmri yerinə yetirməmişdir. 1983 – cü ildə ikinci və üçüncü mərtəbələr arasında 1000 tonluq eskalatorun yerini alan 4 yeni narıncı rəngli lift istifadəyə verildi. Həmin eskalator isə 954 pillədən və 3 m genişliyində idi.
22 iyul 2003-cü ildə qısa qapanma nəticəsində qüllənin zirvəsində, yəni ən üst ziyarətçilərin qalxdığı platformada yanğın baş vermişdi. Yanğın bir saat müddətində heç kim zərər görmədən söndürüldü.
Eyfel qülləsinin hazırlanmasından sonra Londonda da buna bənzər bir tikili qurmaq üçün layihə başladılmışdır. Watkins Tower adı verilən bu tikilinin inşası 1891-ci ildə başlanmış olsa da, bu iş prosesi uğurlu olmamış və nəticədə 1907-ci ildə sökülmüşdür.
Deməli ümumiyyətlə bu qüllənin yüksəkliyi 300,51 m hesab olunur, başındakı antenalarla birlikdə isə 324,8 m hesablanmışdır. Genişliyi isə 124,9 m – dir. Dərinliyi də eyni ölçüdə hesablanmışdır. 3 mənzərə mərtəbəsindən ibarətdir. Dəmirdən hazırlanmış, 7.300 ton polad konstruksiyalardan istifadə edilmişdir, bütünlükdə ağırlığı isə 10.100 ton sayılır. Rəsmi verilmiş nəticələrə görə 1665 pillədən ibarətdir.
Hazırda dünyanın bir çox ölkələrində buna bənzər qüllələr tikilir. Praqada əsl qüllədən 5 dəfə balaca tikilmiş Eyfel yaradılmşdır. Lionda isə Eyfelin eynən üçüncü mərtəbəsinin tikilişi təkrarlanmışdır. 2005-ci ildə isə Parisin kəndlərindən biri olan Çelyabin vilayətində buna oxşar ikinci bir qüllə tikilmişdir. Lakin həmin qüllədən əlaqə yaratmaq üçün istifadə edilir. Tennesi ştatının şəhəri olan Perisdə də belə formada tikili yaradılmışdır. Kiçik formada Qazaxıstanın Alma Ata şəhərində, Neveda ştatının Las-Veqas şəhərində, 2007-ci ildə Rusiyanın Krosnayarsk, Vladivastok hissəsində, 2005-ci ildə Abakan, yəni Xakasiya bölgəsində də bu tipli yerlər hazırlanmışdır.
Həmçinin bu qüllə ilə bağlı bir çox maraqlı məlumatlar da vardır. Deməli, 4 fevral 1912-ci ildə Avstraliyalı Frans Reyşeld özü hazırladığı paraşutla qüllənin 60 m hündürlüyündən tullanmaq istəyir və havada olarkən paraşut açılmır. Çox təəssüf olsun ki, onun bu hərəkəti böyük bir kədərlə nəticələnir. 1925-ci ildə isə kələkbaz Viktor Lyustiq bu tikilini metalloma satmaq istəyir. Üçüncü mərtəbədən baxarkən qüllənin ətrafındakı ərazilər günəşin şüalarının köməyi ilə tam 140 km ətrafı görmək mümkün olur. Hazırda qüllədən televiziya, radio stansiyası, həmçinin mobil telefonların əlaqəsi üçün istifadə edilir. 2004-2005-ci illərdə isə 2012-ci ilin Yay Olimpiya oyunlarının bu şəhərə salınması üçün reklam yerləşdirilmişdi. 1989-cu ildə tikilinin tam 100 yaşı qeyd edildi. Parisdə baş verən ən güclü küləklər belə bu qülləyə ziyan gətirmir, lakin isti günəş bura təsirsiz ötüşmür. Hazırda Qüllənin üzərində olan mayak ora 1 yanvar 2000-ci il tarixində qoyulmuşdur və 80 km uzaqlıqdan görmək mümkündür.