La Pas (Boliviya)

La Pas, tam adı Nuestra Senyora de la Pas (isp. La Paz, Nuestra Señora de La Paz, aym. Chuqi Yapu)[2] — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi.

Paytaxt
La-Pas
La Paz
Chuqiyapu
Bayraq Gerb
Bayraq Gerb
16°29′45″ c. e. 68°08′00″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 20 oktyabr 1548
Sahəsi
  • 472 ± 1 km²
Mərkəzin hündürlüyü 3.640 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.867.504 nəf. (2017)
Rəqəmsal identifikatorlar
Telefon kodu +591 2
Poçt indeksi 0201–0220
Digər
lapaz.bo
Xəritəni göstər/gizlə
La-Pas xəritədə
La-Pas
La-Pas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir.

Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir.

La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C).

Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız"). 1898-ci ildə ölkənin faktiki paytaxtına çevrilir. Tarixən çox sayda qiyamların, inqilabların və dövlət çevrilişlərinin şahidi olub.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şəhərdə yeyinti, yüngül və tütün sənayesi müəssisələri yerləşir. Dəmiryol xətti var, beynəlxalq aeroporta malikdir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

La Pas ən yüksəklikdə yerləşən milyoner şəhər və paytaxtdır. El Alto Beynəlxalq Aeroportu ən yüksəklikdə yerləşən beynəlxalq aeroportdur (dəniz səviyysindən 4050 metr yüksəklikdə).

Yüksəkliyə görə La Pasda su 88 °C-də qaynayır (190 °F).

La Pas şəhərinin mərkəzi avtobus stansiyası Eyfel qülləsinin layihəçisi Qustav Eyfel tərəfindən layihələndirilib.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Yaticha Kamani / Ministerio de Educación, Aymara aru thakhinchawi, Chuqi Yapu 2011