Lactuca tephrocarpa

Kompas süddəyən (lat. Lactuca serriola)[1] - süddəyən cinsinə aid bitki növü.[2]

Kompas süddəyən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir.

Təsviri[redaktə | mənbəni redaktə et]

Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari-bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir.

Sinonim[redaktə | mənbəni redaktə et]

  • Lactuca albicaulis Boiss. [Invalid]
  • Lactuca altaica Fisch. & C.A.Mey.
  • Lactuca altaica Fisch. & Mey.
  • Lactuca augustana All.
  • Lactuca coriacea Sch.Bip.
  • Lactuca dubia Jord.
  • Lactuca integrata (Gren. & Godr.) A.Nelson
  • Lactuca latifolia Gilib. [Invalid]
    • Lactuca saligna var. robusta Fisch. & C.A.Mey.
  • Lactuca scariola L.
    • Lactuca scariola subsp. augustana (All.) Arcang.
    • Lactuca scariola subsp. integrata (Gren. & Godr.) Piper
    • Lactuca scariola var. integrata Gren. & Godr.
    • Lactuca scariola var. integrifolia (Bogenh.) G. Beck
    • Lactuca scariola subsp. scariola scariola
    • Lactuca scariola var. scariola scariola
  • Lactuca scariola f. scariola
    • Lactuca serriola subsp. integrifolia (Gray) G.H.Loos
    • Lactuca serriola subsp. serriola serriola
    • Lactuca serriola var. serriola serriola
  • Lactuca serriola f. serriola
  • Lactuca sylvestris Lam.
  • Lactuca tephrocarpa K.Koch
  • Lactuca verticalis Gaterau

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.