Lalə Əlimuxtarova

Lalə Əlimuxtarova (18 avqust 1982 , Bakı) — Azərbaycanlı televiziya aparıcısı.

Lalə Əlimuxtarova
azərb. Lalə Əfqan qızı Əlimuxtarova
Doğum tarixi (41 yaş)
Doğum yeri Bakı , Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti 1998 - h.h

Həyatı[redaktə | mənbəni redaktə et]

Lalə Əlimuxtarova[1][2][3] 1982-ci il 25 iyulda Bakı şəhərində anadan olub. 51 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 1999-cu ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə həmin universitetin Magistratura pilləsində təhsil alıb. 1996-cı ildə Aztv-də praktikaya başlamışdır.[4][5][6]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2013-cü ildə ailə həyatı qurmuşdur. Melis və Elif adında iki qızı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Lalə Əlimuxtarova[7][8][9] 2003–2008'ci illərdə Yeni ulduz, Xalq ulduzu, Ziqzaq,Tam sərbəst və Qəfəs verlişlərinin prodüseri olmuşdur.

2008-2011-ci illərdə Xəzər Tv-də yayımlanan müəllifi olduğu "Ulduzlu Xəzər" verlişinin həm aparıcısı, həm də rejissoru kimi fəaliyyət göstərmişdir. 2011–2019-cu lllər də Lider Tv[10]-də yayımlanan müəllifi olduğu "Ay Ev Yiyəsi" verlişinin aparıcısı olmuşdur.

2018–2019-cu illərdə Lider Tv-də yayımlanan "Köklə Sazı" verlişinin aparıcısı olmuşdur

2019-cu ildən ARB TV-yə keçmiş və hazırda "Ay Ev Yiyəsi" verlişinin adını dəyişərək "Kim var, kim yox?" adı altında qızı Melislə fəaliyyətini davam etdirir. Həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsində çalışır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  2. "Arxivlənmiş surət". 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. "Arxivlənmiş surət". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  4. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  5. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  6. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  7. "Arxivlənmiş surət". 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  8. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  9. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  10. "Arxivlənmiş surət". 2018-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]