Lalə Məmmədova

Lalə Məmmədova (1978, Bakı) — Azərbaycanlı müğənni, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar Artisti[2]. Filologiya üzrə fəlsəfə doktoru (15 fevral 2017)[3].

Lalə Məmmədova
Ümumi məlumatlar
Doğum tarixi 1978
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müəllimə, müğənni, aktrisa, aparıcı
Janrlar Pop, Xalq musiqisi
Təhsili
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
Boyu 1.64 sm[1]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2011

Həyatı[redaktə | mənbəni redaktə et]

Lalə Məmmədova 23 fevral 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Ailədə onu digər 4 uşaqdan fərqləndirən cəhət musiqiyə göstərdiyi meyl idi.İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında baş tutub. Bu, onu qarşıda gözləyən böyük yolun başlanğıcı idi. Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə qədəm qoyub. 8 yaşında taleyinə Bülbül adına musiqi məktəbi yazılır. Xalq artisti Şövkət Ələkbərova yumşaq səsli bu balaca qızcığazda həssas ürəyin olduğunu duyaraq onu öz sinfində görmək istəyir. Balaca Lalə muğam sinfinə daxil olur. Müəllimin xəstəliyi üzündən təhsilini Xalq artisti İslam Rzayevin sinfində davam etdirib. Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkir. 1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayıb. 2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub. Burda Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb. 2011-ci il Sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Lalə Məmmədova "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb. 2012-ci il Əməkdar artist Lalə Məmmədova Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Bu gün məşhur estrada müğənnisi "Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurdur. Lalə Məmmədova pedaqoji fəaliyyəti ilə də tanınır. O, Azərbaycan Milli Aviasiya Akademiyasında İngilis dili fənnini tədris edir.

Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.

O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[4]

Albomlar[redaktə | mənbəni redaktə et]

  • 2006 — Səni sevirəm
  • 2006 — Qara qaşın vəsməsi
  • 2008 — Qızıl Lalədir adım
  • 2008 — Ürək dostum
  • 2012 — Dəli eşq
  • 2012 — Şərab gətir, Saqi!
  • 2018 — Aztv konserti (Live)
  • 2020 — 90-lar
  • 2021 — Vol.1
  • 2021 — Vol.2
  • 2022 — Vol.3
  • 2022 — Vol.4
  • 2023 — Darıxmışam (EP)

Sinqllar[redaktə | mənbəni redaktə et]

  • 2012 — Bu şəhər ikimizə dar
  • 2017 — Bir sevgi
  • 2020 — Только там
  • 2021 — Dağlar duman olmadan
  • 2021 — Azərbaycan
  • 2021 — Həyat
  • 2021 — Bura yurdun cənubudur
  • 2021 — Səni sevmək üçün gəldim dünyaya
  • 2021 — Bir məktub yaz
  • 2022 — Azad et
  • 2022 — Sev, sevil
  • 2023 — Gözümdə Leylisən


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  3. Müğənni rəsmən fəlsəfə doktoru oldu Arxivləşdirilib 2017-03-19 at the Wayback Machine. qafqazinfo.az, 17.03.2017  (az.)
  4. "YAP-a yeni üzvlər qəbul olundu". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.