Lalə Quliyeva

Lalə Quliyeva (5 aprel 1942, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, filologiya elmləri doktoru, professor.

Lalə Quliyeva
Doğum tarixi 5 aprel 1942(1942-04-05) (82 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri Azərbaycan və rus toponimikonların tipoloji tədqiqatları
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Mükafatları Azərbaycan Respublikasının Əməkdar Müəllimi

Lalə Quliyeva 1942-ci il aprelin 5-də Bakı şəhərində anadan olub. 1949–1959-cu illərdə 134 saylı Bakı şəhər orta məktəbdə oxuyub. 1959–1964-cü illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində çalışır.

1993–2006, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspertidir.

Ailəlidir, iki övladı var.

Təhsili və elmi dərəcəsi

[redaktə | mənbəni redaktə et]
  • 1969-cu ildə filologiua elmləri namizədi, "Kuban ərazisinin gıdronimiyasının tədqiqatı", Elmlər Akademiyasının Dilçilik İnstitutu, Moskva.
  • 1992-ci ildə filologiya elmləri doktoru, "Müxtəlifdilli toponimiyanın tipolojı tədqiqatı "(Azərbaycan toponimiyası əsasında), Moskva.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1964–1970 — laborant, baş müəllim (M. F. Axundov Azərbaycan Pedaqoci Dillər İnstitutu).
  • 1971–1982 — BDU, dosent.
  • 1982–1990 — M. F. Axundov adına Azərbaycan Pedaqoci Dillər İnstitutun ümumi və rus dilçiliyi kafedrasının müdiri.
  • 1990–2009 — BDU, rus dilçiliyi kafedrasının müdiri
  • Rus dilinin dialektologiyası, Onomastika, Müasir elmin aktual problemləri, Tarixi leksikologiya Azərbaycan Respublikasının fəxri müəllimi (2009)
  • 130 məqalə.
  • 4 monoqrafiya.
  • 4 kitab.
  • Onun rəhpərliyi altında 10 elmlər namizədi müdafiə etmişdir.
  • Azərbaycanda Azəri və rus toponimikonların tipoloci tədqiqatları ilk dəfə aparilmişdır.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Onomastika. Rus dialektoloqiyası. Leksikografiya

Respublika və Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • 1972 — Beynalxalq Onomastik Konqresı, Sofia, Bulgariya.
  • 1975 — Beynalxalq Onomastik Konqresı, Bern, İsveçrə.
  • 1978 — Beynalxalq Onomastik Konqresı, Krakov, Polşa.
  • 1993 — Beynalxalq Onomastik Konqresı, Trir, Almaniya.
  • 1996 — Beynalxalq Onomastik Konqresı, Aberdin, Böyük Britanya.
  • 2006 — Beynalxalq Onomastik Konqresı, Pisa, Italiya.
  • 2008 — Beynalxalq Elmi-metodik konfrans, Moskva, Rusiya.
  • 2008 — Beynalxalq Elmi konfrans " Volqa boyu Onomastika ", Yoşkar-Ola.
  • 2008 — Beynalxalq Elmi konfrans, Pyatiqorsk, Rusiya.
  • 2009 — Beynalxalq Elmi konfrans, Tver, Rusiya.
  • 2009 — Beynalxalq Elmi konfrans, Ekaterinburg, Rusiya.
  • 2009 — Beynalxalq Elmi konfrans, Volgograd, Rusiya.
  • 2010 — Rus dilçilərinin İV Beynalxalq Elmi kongresi, Moskva Dövlət Universiteti, Rusiya.
  • 2011 — XXIV Onomastik elmlər üzrə Beynəlxalg kongres, Barselona, İspaniya,5–9 sentyabr, 2011 il.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2003 — Rus dilinin dialektologiyası. Metodik qöstərişlər. Bakı
  • 2005 — Azərbaycanda rus şivələrinin lüğəti, 1-nəşr, Bakı
  • 2006 — Azərbaycanda rus şivələrinin lüğəti, 2-nəşr, Bakı
  • 2008 — Rus dilinin dialektologiyası Dərslik. Bakı
  • 2008 — Dialektolojı tədqiqatlarda koqnitiv aspekt // Azərbaycan filoloqiyasının aktual problemləri. Bakı
  • 2009 — Bakı şəhərinin rus urbanonimiyası// Beynalxalq Elmi konfransın materialları, Tver, s.289–292
  • 2009 — Toponimiya və fon informasiya/ Etnolingvistika. Onomastika. Etimologiya. Ekaterinburg, s.70–73
  • 2010 — Azərbaycanın rus şivələri: yaranması və indiki vəziyyəti// Rus dilçilərin İV Beynalxalq Elmi kongresi, M, Moskva Dövlət Universiteti, s. 648–649.
  • 2011 — Toponimiya və social amillər// XXIV Onomastik elmlər üzrə Beynəlxalg kongresin materiallari, Barselona, s. 154–155.
  • 1984 — Azərbaycanın rus toponimiyası, Bakı ,101 s.
  • 1993 — Toponimiyada proprial nominasiya metodları, Bakı , 163 s.
  • 1990 — Müxtəlifdilli toponimiyanın semantik tipoloqiyası (Azərbaycan toponimiyası əsasında), Bakı 202s.
  • 2010 — Azərbaycanın rus toponimiyası: tarix və müasirlik, Bakı, 177 s.