Laləzar Hüseynova

Laləzar Ramil qızı Hűseynova — "Dağıstan Respublikasinin əməkdar artisti", "Azərbaycan Respublikasının əməkdar mədəniyyət ișçisi", Qusar Ləzgi Dövlət Dram teatrının baş rejissoru, aktrisa.

Laləzar Hüseynova
Laləzar Ramil qızı Hűseynova
Doğum tarixi
Doğum yeri Bakı Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2013

Həyatı[redaktə | mənbəni redaktə et]

Laləzar Ramil qızı Hűseynova 1964-cü ildə anadan olmușdur. Bakı şəhəri mədəni maarif texnikomunu" bədii yaradıcılıq kollektivinin rəhbəri" fakultesini ferqlenme diplomu ilə bitirib. Azərbaycan Mədəniyyət və Incəsənət Univerisitetinin "Musiqi teatr rejissoru" ixtisasını fərqlenmə diplomu ilə bitirib. 1995-ci ildən Dərbənd teatrında aktrisa vəzifəsində fəaliyyətə başlamişdır. 2004-cü ildə rejissor köməkçisi 2007-ci ildə qurulușçu rejissor 2011-ci ildən bu gunə qədər teatrda baş rejissor vazifəsinde çalışır. 2008-ci ildə Dagıstan Respublikasının əməkdar artisti fexri adina layiq görŭlmŭşdŭr. 2013-cŭ ildə Azerbaycan Respublikasinin əməkdar mədeniyyət ișçisi fexri adina layiq görŭlmŭșdŭr.

Heydər Əliyevin 80 illik yubileyi műnasibəti ilə ədəbi-musiqili kompozisiya Novruz bayrami və s. 2007–2013-cü illərdə teatr hər il L. Hüseynovanin tamașaları ilə Azerbaycan Respublikasında (Bakıda, Sumqayıtda, Gəncədə, Ağsu,Șamaxı, Qəbələ, Oguz,Șəki, Quba, Qusar, Xaçmaz, Xızı)qastrol səfərində olmușdur.

Hal-hazırda Qusar Ləzgi dram teatrinda baș rejissor vəzifəsində çalıșır.

9 may 2018-ci ildə[1], 10 may 2019-cu ildə[2] və 7 may 2020-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Yaratdığı rollar[redaktə | mənbəni redaktə et]

Sara-"Solğun cicəklər", C. Cabbarlı; Telli-Arșin mal alan", Ü. Hacibeyov; Hafizə-"Pəri cadu", Ə. Haqverdiyev; Nisə-"Bankir adaxlı", T. Veliyeva; Patimat-"Kimdir muqəssir", H. Salixov; Qozbel-"Sonuncu məhəbbət", Konstantinov və Racer; Xanuma-"Xanuma" A. Saqareli və s.

Quruluş verdiyi tamaşalar[redaktə | mənbəni redaktə et]

"Aydın"(C Cabbarlı),"Ulduz"(S. Rüstem), "Xanuma"(A.saqareli),"O olmasın bu olsun"(Ü. Hacıbeyov),"Yad qızı"(O. Kamal),"oğru"(R. N. Güntəkin),"Taleyin oyunu"(R Tohidoglu), "Qaynana"(M. Samxalov),"Sönmüş talelər"(R. Rəhimli)"Göyçək Fatma"xalq nağılı,"Xoşbəxtlik quşu"(E. Huseynov),"Çal-oyna"(I. Coșqun).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]