Lamberseksual

Lamberseksual (ing. Lumbersexual) — Kişi stili və modasında yeni tendensiya dünyanı fəth etməkdədir: bu lamberseksual kişilərdir. Onların əsas göstəriciləri — böyük, lakin qulluq görən saqqal, sadə geyim (t-shirt və ya flanel köynək) və bir qədər sadə və kobud ümumi görünüşdür.[1] Lamberseksualların stili, özünə xüsusi qulluq edən və bahalı dəbli geyimlərə üstün verən metroseksualların stilinin antitezasıdır.[2]

Termin[redaktə | mənbəni redaktə et]

Lamberseksual sözünün kökündə ingilis sözü olan "lambercek" (lumberjack) — odunçu, ağackəsən ifadəsi durur. Məhz Şimali Amerika (ABŞ, Kanada) odunçularının xarici görünüşü — əlində balta tutmuş əzələli bədənə sahib, damalı köynəkli və saqqalı kişi təsəvvür edin — yeni stilin əsasında dayanır.

Stil[redaktə | mənbəni redaktə et]

Məşhur ABŞ fashion-bloggeri Tom Pyuzak yazır: "Metroseksual artıq ölməkdə olan bir stildir, indi onun yerini, vaxtını öz gözəlliyinə qulluq etməklə keçirməkdən daha çox açıq havada gəzməyə və həyatdan zövq almağa sərf edən lamberseksual stili tutmaqdadır."

Lamberseksual stilinin formalaşmasına ABŞ odunçularının tərzi ilə yanaşı hipsterlərin tərzi də təsir göstərmişdir. Əslində lamberseksuallar yeni texnologiyalar sferasında çalışan (əsasən) və normal gəliri olan tipik şəhər sakinləridirlər.

İlk baxışdan metroseksuallardan fərqlənmələrinə baxmayaraq, lamberseksuallar da xüsusi qulluq görən saqqala və səliqəli saç düzümünə malikdirlər, xüsusi zövqləri olur və ev mətbəxini sevirlər. Lakin lamberseksuallar geyim maneralarına fikir verməmələri təsiri formalaşdırmağa çalışırlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Baxter, William. "Out of the woods, here he comes: the lumbersexual". The Guardian. 30 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2015.
  2. Nicks, Denver. "Confessions of a Lumbersexual". Time. 8 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2015.