Lamiyə Səlimova

Lamiyə Oleq qızı Səlimova (Lamiyə Ərən) 19 yanvar 1985-ci il tarixində Qax şəhərində anadan olub. 1991-ci ildə Siyəzən şəhərində Şirin İsmayılov adına 3 saylı orta məktəbin birinci sinfinə gedib. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində estrada aktyorluğu ixtisası üzrə təhsil alıb. 2008-2009-cu illərdə dünya şöhrətli kinossenarist Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Akademiyasında oxuyub. 2011-ci ildə Azərbaycan Dövlət Gənclər və İdman Nazirliyinin dəstəyi, millət vəkili Jalə Əliyevanın layihəsi ilə həyata keçirilən Milli Qəhrəman Mübariz İbrahimov adına I Ümumrespublika Teatr Festivalının "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin "Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturaya qəbul olub. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. Hazırda İTV-nin Müəlliflər və Redaktorlar Departamentində böyük redaktordur.

Lamiyə Səlimova
Doğum tarixi (38 yaş)
Doğum yeri Qax
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Aztv-nin 2002 - ci il bayram çəkilişlərində Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırovla və digər sənətkarlarla tərəf müqabili
  2. Simuzər (AZTV 2003, telefilm) aktrisa (Supərisi)
  3. Toy (AZTV 2004, tammetrajlı film-tamaşa) – aktrisa (gəlinin rəfiqəsi)
  4. Boyunbağı (AZTV 2005, tammetrajlı film-tamaşa) – aktrisa (qonaq)
  5. Qafqaz (2006, tammetrajlı bədii film) – aktrisa
  6. Balqabaq (İTV 2007, qısametrajlı bədii film) – aktrisa (yuxu mələyi)
  7. Qovğalı kəndinin gecələri (İTV, 2007, tammetrajlı bədii film) – aktrisa (Xasməmmədin gəlini)
  8. Prokuror (2008, tammetrajlı bədii film) – aktrisa (Mehmanın arvadı)
  9. Səbəb (2009, qısametrajlı bədii film) – aktrisa
  10. Sonuncu dərviş (2009, tammetrajlı film) aktrisa
  11. 220 №-li otaq (İTV 2010, qısametrajlı bədii film) - aktrisa
  12. Qərar anı (2010, qısametrajlı bədii film) – aktrisa
  13. Kor rəssam (2011, qısametrajlı bədii film) aktrisa
  14. Mat (2010, qısametrajlı bədii film) – aktrisa
  15. Həyat varsa (2012, "Nuranə və..." teleserial. baş rol ifaçısı)
  16. Həyat varsa (2012, "Oğurlanmış uşaq" teleserial. baş rol ifaçısı)
  17. Həyat varsa (2012, "Ananın ümidi" teleserial. baş rol ifaçısı)
  18. Son hədd (2012-2013, bədii serial) – aktrisa
  19. Üç görüş (İTV 2013, tammetrajlı bədii film) – aktrisa
  20. Qərib məzar (İTV 2013, sənədli televiziya filmi) aktrisa (Behbud Xan Cavanşirin həyat yoldaşı)