Filmdə hadisələr 1990-1994-cü illərdə baş verir. Filmin süjet xətti İncildəki bir ayədən götürülərək, Qafqaz reallığına, müasir vaxta uyğunlaşdırılmışdır.
Qafqaz | |
---|---|
Janr |
dram müharibə |
Rejissor | Fərid Hümbətov |
Ssenari müəllifi | Fərid Hümbətov |
Baş rollarda |
Ada Roqovseva — Mariya Lyubov Tolkalina — Sofya Andrey Çernışov — Aleksandr Həmidə Ömərova Ənvər Vəliyev Elmira Şabanova |
Operatorlar |
Yuri Varnovski Telman Məmmədov Tərlan Babayev |
Bəstəkar | Rauf Əliyev |
İstehsalçılar |
Metropol "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2007 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkələr |
Azərbaycan Rusiya |
Dil | azərbaycanca |
İl | 2007 |
Texniki məlumatlar | HD rəqəmli kinokamera |
Rəng | rəngli |
IMDb | ID1167643 |
Qafqazda müharibə başlayır. 75 yaşlı Mariya (Ada Roqovseva) oğlunu müharibədə itirir. O, gəlini Sofiya (Lyubov Tolkalina) ilə 12 ildir Qafqazda yaşayır. Aclıq başlanan zaman onlar Rusiyaya köçmək istəyirlər. Qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidirlər. Mariya kiçik itini, Sofiya isə kiçik çemodanını götürüb qatara otururlar və yola düşürlər. Qonşu kupedə fotomüxbir Aleksandr (Andrey Çernışov) da gedir. Sofiya ilə Aleksandr bir-birini sevirlər. Mariya isə Volqoqrad yaxınlığındakı stansiyaların birində başa düşür ki, Qafqazsız yaşaya bilməyəcək. O, Sofiyaya kağız yazıb iti ilə birlikdə qatarı tərk edir...
Əvvəlki: ' |
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film 2007 |
Sonrakı: Qala |