Landşaftların invesiyası (landşaft və lat. inversio-əks paylanma, çevirmə), landşaftların şaquli zonallıq qanununa zidd olaraq, onların yüksəklik üzrə əks paylanmasına deyilir. Landşaftların invesiyası səthi kəskin parçalanmış alçaq və orta dağlıq ərazilər üçün xarakterik olub, əsasən temperaturun inversiyası nəticəsində formalaşır. Bəzi hallarda landşaftların invesiyasına səbəb atmosfer yağıntılarının yamac boyu əks paylanması (inversiyası) ola bilər. Məs: Talış dağlarında müşahidə edilən landşaftların invesiyası ilə əlaqədardır.[1]