Lansanq krallığı

Lansanq,[1] Lan Sanq və ya Lansanq Hom Kxao (laos ລ້ານຊ້າງຮົ່ມຂາວ, lān sāng hom khāo, lâːn sâːŋ hōm kʰǎːw, hərf.Milyon fil və ağ çətir; birm. လင်ဇင်း; khm. លានជាង, លានដំរី və ya ស្រីសតនាគនហុត; sanskr. Srī Śatanāganayuta; tay ล้านช้าง və ya ล้านช้างร่มขาว; vyet. Vạn Tượng) — 1354–1707-ci illərdə indiki Laos, Vyetnam, Kamboca, Myanma, ÇinTailand ərazisində hökmranlıq etmiş feodal lao buddist dövləti. Lansanq Cənub-şərqi Asiyanın ən böyük krallıqlarından biri olmuşdur. Krallığın adı əvvəlki dövrlərdə regionda baş vermiş müharibələrə və mübarizələrə bir istinaddır. Lansanq müasir Laos dövlətinin sələfidir və ölkənin milli və mədəni identikliyinin təməlidir.

Tarixi krallıq
Lansanq krallığı
ລ້ານຊ້າງ
Lansanqın təsir sferası və qonşu dövlətlərinin xəritəsi (təx. 1540-cı il). Lansanq krallığı açıq qırmızı rənglə verilib.
Lansanqın təsir sferası və qonşu dövlətlərinin xəritəsi (təx. 1540-cı il).
Lansanq krallığı açıq qırmızı rənglə verilib.
 
 
 
 
1354 — 1707

Paytaxt

Luanqpxabanq (1354–1560)

Vyetyan (1560–1707)
Rəsmi dilləri Laos dili
Dövlət dini Buddizm
İdarəetmə forması Mütləq monarxiya
Kral
 • 1354–1385 Fa Nqum
 • 1373–1416 Samsenetay
 • 1548–1571 Settatirat
 • 1637–1694 Surinyavongsa
Tarixi
 • 1354 Fa Nqumun taxta çıxması
 • 1707 Krallığın süquta uğraması
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lansanqın hakimiyyət sürdüyü ərazidə tarixən Tunc dövründə və Dəmir dövründə inkişaf etmiş Avstroasiya dilli aborigen tayfalar yaşamışdır.[2][3][4]

Han sülaləsinin cənuba doğru keçirdiyi yürüşlərdə ilk dəfə müasir Çin Xalq Respublikasının Quansi-ÇjuanYunnan rayonlarında yaşamış Tay-kaday dilli xalqları barədə məlumat verilmişdir. VII əsrdən başlayaraq tay xalqları cənuba köçməyə başlamışdır. Monqolların 1253–1256-cı illərdəki yürüşü zamanı bu xalqlar Lansanq krallığının hakimiyyət sürdüyü torpaqlara köçmüşdür.[5][6]

Şimalda yerləşən münbit torpaqlı Mekonq çayı vadisini monlar, daha sonra isə Kxmer imperiyası zəbt etmişdir. Bu dövrdə ərazi Muansua və ya Ziyendun-Ziyentun (bukv. «Dunçzyan çayının yanındakı od ağacları şəhəri») adlanırdı.[5][6]

Sukxotay krallığının yüksəlişi ilə bu region tayların təsiri altına girmişdir.[7] Sukxotay krallığının monarxı vəfat etməsinsən və Lannatay krallığında daxili münaqişələrin yaranmasından sonra Vyençan Vyenkxam və Muansua şəhər dövləti müstəqil mandalalara çevrilmişdilər. 1354-cü ildə onlar birləşərək Lansanq kralllğını yaratdılar.[8]

Lansanq krallığı ticarət yollarının üzərində dayandığından etnik rəngbərəngliyə malik idi. Lansanqın cəmiyyəti, xüsusən də qonşu taylarakxmerlərə nəzərən çox adi idi.[9]

Lao cəmiyyətində ali təbəqə dini və sekulyar hakimiyəti malik krallıq ailəsinin üzvləri var idi. Orta təbəqə zadəganlardan ibarət idi. Ən aşağı təbəqə kəndlilərdən ibarət idi. Kəndlilərə tüccarlar, sənətkarlar, fermerlərdən və ümumi işçilərdən ibarət idi.[10] Sistemdən kənarda ali fərdlər sanqxalar idi.[11] Onlar sosial anlayışın və təhsilin inkişafında böyük rol oynayırdılar. Təpələrdə yaşayan xalqlar və müharibə zamanı götürülmüş əsirlər və ya həbs edilmiş cinayətkarlar, yəni kxalar sistemdən kənar idilər. Siamlılar, kxmerlərşanlar tacirlərin əksəriyyətini təşkil edirdi.[12] Buna baxmayaraq, mühüm şəhərlərdə çinlivyet azlıqlar da yaşayırdı.

  1. Лаолар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 153.
  2. Solheym, 1973. səh. 145-62
  3. Qorman, 1976. səh. 14–26
  4. Hayam, 1996
  5. 1 2 Simms, 1999. səh. 24–26
  6. 1 2 Stuart-Foks, 2006. səh. 6
  7. Uyatt, 2003. səh. 45,51; 33–35
  8. Uyatt, 2003. səh. 51
  9. Eskyu, 2007. səh. 36
  10. Evans, 2003
  11. MakDanyel, 2008
  12. Turton, 2000. səh. 16