Larruss (fr.Larrousse) avtomobil idman qrupu, Antony, Fransada yerləşirdi. Didier Calmels və keçmiş yarışçı Gérard Larrousse tərəfindən əsası qoyulmuşdur. İlk olaraq, Larrousse & Calmels adı altında fəaliyyət göstərmiş, daha sonra isə Calmelsin həyat yoldaşını öldürməsindən sonra ad dəyişdirildi və Larrousse adlandırıldı.
1987-1994-cü illərdə, Formula 1 yarışlarında iştirak etmişdir. Bu illər boyu ən yaxşı nəticəsi Yaponiya Qran pri yarışında 3-cü yer qazanmasıdır. 1987-1991-ci illərdə komanda Lola şassisi olan LC87—LC91 modellərini istifadə etdi. Ən yaxşı yer yaponiyalı Aquri Suzuki tərəfindən qazanılan üçüncü yer idi.
1991-ci ildə Gérard Larrousse komandanın 65%-ni Venturi şirkətinə satır. 1992-ci ildə fransız avtomobil şirkəti Venturinin təqdim etdiyi LC92 şassi istifadə olundu və komanda yalnız 1 xal qazandı. 1992-ci il Sentyabr ayında Venturi komandanı German Rainer Walldorf tərəfindən idarə olunan Comstock-a satır. 4 nəfəri öldürməkdə şübhəli bilinən Rainer Walldorf bir Almaniyada oteldə polislə doqquz saatlıq silah döyüşündə öldürüldü.
1993-cü ildə, komandanın digər başqa bir uğursuzluğu Gérard Larrousse'in maliyyələşdirdiyi sürücüləri Philippe Alliot və Érik Comas, mövsümdə yalnız iki bal ala bildi. 1994-cü ildə, Larrousse komandanı yenidən təşkil etdi. Pejo mühərrikləri ilə müqaviləni razılaşdıra bilmir və Ford HB mühərriklərinə geri döndü. Sonuncu mövsümdə komandanın sürücüləri 5-ci yerdən yuxarı yer tuta bilmədi. Ardıcıl uğursuzluq və maliyyə problemləri səbəbindən Larruss Formula 1-i tərk edir.