Laslo Paal

Laslo Paál (d. 30 iyul 1846, Zam, Rumıniya - ö. 4 mart 1879, Şaranton-le-Pon, Fransa) — macar impressionist peyzaj rəssamı, barbizon məktəbinin nümayəndəsi.

Laslo Paal
mac. László Paál
Laslo Paal (1873)
Laslo Paal (1873)
Doğum tarixi
Doğum yeri Transilvaniya, Macarıstan krallığı, Avstriya imperiyası
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Şaranton-le-Pon, Fransa Fransa
Fəaliyyəti rəssam
Təhsili Düsseldorf Rəssamlıq Akademiyası, Vyana Təsviri İncəsənət Akademiyası
Janr peyzaj
Stil Barbizon məktəbi
Təsirlənib Albert Simmerman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Fontenblo meşəsində cığır" (1876).

Laslo Paal ziyalı ailəsində anadan olmuşdur. Onun atası postmeyster idi. Paal kiçik yaşlarında incəsənətdə istedadını nümayiş etdirməyə başlamışdır, ilk dərslərini Arad şəhərində Pal Böhmdan almışdır. Atasının istəyindən sonra hüquq təhsili almaq məqsədilə 1864-cü ildə Vyana şəhərinə yollandı, amma Vyana Təsviri İncəsənət Akademiyasında təhsil almağa başladı və 1866-cı ildə Albert Simmermanın tələbəsi oldu.[1] Üç il sonra Paal Münhen şəhərində baş tutmuş əhəmiyyətli sərgiyə qatıldı və orada ilk dəfə Barbizon məktəbinin rəssamları ilə görüşdü.

1870-ci ildə o və Ejen Yettel təhsil almaq üçün Hollandiyaya yollandılar[2] və həmin il uşaqlıq dostu Muxay Munkaçinin məsləhətinə əməl edərək Düsseldorf Rəssamlıq Akademiyasına daxil oldu. Daha sonra Paal Londonda bir tacir tərəfindən təşkil edilən sərgiyə dəvət olundu.[1]

1873-cü ildə Laslo Paal evləndi, Barbizon incəsənət kaloniyasında yaşamağa başladı[2]Paris Salonunun daimi iştirakçısı oldu. 1878-ci ildə Parisdə baş tutmuş beynəlxalq sərgidə medal qazandı. Bu dövrə qədər onun səhhəti pisləşməyə başladı (güman ki, vərəm xəstəliyinə görə) və evdə qəza keçirdi. Nəticədə, Paal ciddi kəll-beyin travması aldı. Paal özəl kiçik xəstəxanaya yerləşdirildi, amma heç vaxt sağalmadı. Laslo Paal 4 mart 1879-cu ildə Fransanın Şaranton-le-Pon şəhərində vəfat etmişdir.

  • Götz Czymmek (ed.): Landschaft im Licht. Impressionistische Malerei in Europa und Nordamerika 1860–1910. Exhibition catalog from the Wallraf-Richartz Museum, Cologne, and the Kunsthaus Zürich, 1990
  • Bényi László, Paál László (album), 2nd revised edition. Budapest : Képzőművészeti, 1983. ISBN 963-336-320-9
  • Magyar nagylexikon XIV. (Nyl–Pom). Budapest 2002. ISBN 963-92571-1-7

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]