Münhen

Münxen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın BerlinHamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münxendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münxen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münxen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münxen dünyada yaşayış üçün ən münasib şəhər seçilib.

Münxen
München[1]
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
48°08′15″ şm. e. 11°34′30″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1158[2]
İlk məlumat 14 iyun 1158[3][4]
Sahəsi
  • 310,71 km² (2016, 31 dekabr 2017)[5][6]
Mərkəzin hündürlüyü 519 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.510.378 nəf. (31 dekabr 2023)[7]
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 89
Poçt indeksi 80331–81929[8], 85540
Nəqliyyat kodu M, MUC[9]
Digər
muenchen.de
Münxen xəritədə
Münxen
Münxen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Münxen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir. Həmin tarixdə SaksoniyaBavariya hersoqu Benedikt Orderinə aid rahiblərin bu ərazilərdə məskunlaşmasını rahatlaşdırmaq üçün körpü tikdirir. 1175-ci ildə Münxen şəhər statusunu alır və burada müdafiə qurğuları tikilməyə başlayır. Hersoq 1180-ci ildə Vittelsbax sülaləsinə şəhəri idarə etməyi həvalə edir. Vittelsbax sülaləsi Münxen şəhərinin idarəçiliyini 1180-ci ildən 1918-ci ilə qədər öz əlində saxlayır. Münxen şəhəri xüsusilə İntibah dövründə xeyli inkişaf edir. 1506-cı ildə Münxen Bavariya əyalətinin paytaxtı elan olunur. 1609-cu ildə Münxendə Reformasiya hərəkatı əleyhinə Almaniya Katolik Liqası təşkil olunur. 1618–1648-ci illər ərzində baş vermiş 30 İllik müharibə zamanı Münxen şəhəri 1632-ci ildə İsveç ordusu tərəfindən işğal olunur. 1634 və 1635-ci illərdə şəhərdə baş vermiş Bubon taunu nəticəsində əhalinin təxminən üçdə biri məhv olur. 1806-cı ildə Münxen şəhəri yeni yaranmış Bavariya krallığının paytaxtına çevrilir. Şəhərin öz parlamenti təsis olunur. 20 ildən sonra Lüdviq Maksimilian Universiteti bura köçürülür. Şəhərdə olan gözəl tikililərin bir çoxu bu dövrdə, ilk 3 Bavariya kralının hakimiyyəti dövründə tikilmişdir.

Münxendə müharibə və sülh dövründə olan tikililərin vəziyyəti

1914-cü ildə Birinci dünya müharibəsinin başlanması nəticəsində Münxendə həyat şəraiti çətinləşməyə başlayır. Müttəfiqlərin Almaniyaya qarşı tətbiq etdiyi embarqo nəticəsində şəhərdə qida və yanacaq qıtlığı yaranmağa başlayır. 1916-cı ildə Fransa ordusunun hava reydləri zamanı şəhərə 3 bomba atılır. Müharibənin başa çatmasından sonra Münxen siyasi hərc-mərcliyin mərkəzində olur. 1918-ci ilin noyabrında, inqilabın başlanmasından bir neçə gün əvvəl Bavariya kralı III Lüdviq şəhərdən qaçır. Bavariyada respublika hökuməti qurulsa da, az sonra həmin hökumət kommunistlər tərəfindən devrilir. 1919-cu ilin Fevral ayında Bavariya Sovet Respublikası təşkil olunur. Bir neçə il Münxendə yaşamış Vladimir Lenin Bavariyada kommunist dövlətinin qurulduğunu eşidən kimi bura təbrik teleqramı yollayır, lakin Sovet hökumətinin ömrü az olur, mərkəz tərəfindən göndərilmiş könüllü hərbi qüvvələr (Freikorps) mayın 3-də kommunist hökumətini devirir. Münxendə yenidən respublika hakimiyyəti qurulsa da, burada bir çox siyasi ekstremist qüvvələr güclənməyə başlayırlar.

1923-cü ildə Adolf Hitler və onun tərəfdarları Müngendə Pivə qiyamı adlanan üsyanla hökuməti devirməyə cəhd etdilər. Onların bu cəhdi uğusuz alındı, Hitler həbs olunaraq 5 illik cəza aldı, onun partiyası isə bir müddət siyasi arenadan tamamilə kənara çəkildi. İkinci dünya müharibəsi dövründə Münxen şəhəri çox böyük ziyan gördü. Şəhər müharibənin davam etdiyi 6 il ərzində 71 dəfə hava hücumuna məruz qalaraq bombalandı. Müharibədən sonra ABŞ Ordusu tərəfindən işğal olunan Münxen digər alman şəhərləri kimi yenidən tikilməyə başlandı. Münxendə gedən yenidənqurma prosesinin səciyyəvi xüsusiyyəti onun daha dəqiq aparılmasında idi. Şəhərin müharibədən əvvəlki görkəminin saxlanılmasına böyük əhəmiyyət verilirdi. 1957-ci ildə Münxenin əhalisi 1 milyon nəfəri ötdü. 1972 Yay Olimpiya Oyunlarının Münxendə keçirilməsi şəhərin beynəlxalq nüfuzunu daha da qaldırır. Hal-hazırda Münxen şəhəri dünyada ən yüksək həyat səviyyəsinə malik olan şəhərlərindəndir; bu göstəriciyə görə Münxen dünyada 8-ci yeri tutur. Şəhərdə ətraf mühit digər iri alman şəhərlərinə nisbətən daha təmizdir, həmçinin burada cinayətkarlıq da orta Almaniya göstəricisindən aşağı olduğundan Münxen kifayət qədər təhlükəsiz və sakit yer hesab olunur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Münxen Almaniyada ən güclü iqtisadiyyata malik olan şəhərdir. Almaniyadakı milyonçu şəhərlər arasında ən aşağı işsizlik səviyyəsi də Münxen şəhərindədir. 2008-ci ilin aprel ayına olan statistikaya görə buradakı işsizlik səviyyəsi 5,6%-dir.[10] Münxen həm də Cənubi Almaniyanın iqtisadi mərkəzi hesab olunur. Münxen qlobal şəhər statusuna malikdir, burada bir çox böyük şirkətlərinin mərkəzi qərargahı yerləşir. Bu şirkətlərə Siemens (elektronika), BMV (avtomobil istehsalı), MAN (maşınqayırma), Allianz (maliyyə) və digər iri korporasiyaları nümunə göstərmək olar. Münxendə 2007-ci ildə adambaşına düşən ÜDM ildə 26.648 avro olmuşdur. Bu göstəriciyə görə Münxen Almaniyada əhalisi 500.000 nəfərdən çox olan şəhərlər arasında birinci yeri tutur. 2006-cı il statistikasına görə Münxendə ixtisaslı kadrların orta əməkhaqqısı saatda 18,62 avro idi (23 ABŞ dolları). Münxen biotexnologiya, proqram təminatıxidmət sektoru şirkətlərinin Almaniyadakı əsas mərkəzidir. "Mercer" təşkilatının ənənəvi illik şəhərlərdə yaşam qiymətləri cədvəlinə görə Münxen bahalıq səviyyəsinə görə dünyada 59-cu yeri tutur. Bu göstəriciyə görə Münxen Almaniyada Frankfurt-Mayndan sonra ikinci ən bahalı şəhər hesab olunur.[11]

Münxendə BMV mərkəzi qərargahı və muzeyinin binası

1700-cü ildə Münxenin əhalisi 24.000 nəfər olmuşdur. Həmin tarixdən etibarən şəhərin əhalisi sürətlə artaraq 1852-ci ildə 100.000 nəfəri, 1883-cü ildə isə 250.000 nəfəri ötmüşdür. 1901-ci ildə əhalisinin sayı yarım milyon nəfərə çatan Münxen, Berlin və Hamburqdan sonra Almaniya İmperiyasının 3-cü ən böyük şəhərinə çevrilmişdir, lakin İkinci dünya müharibəsi şəhərə böyük ziyan vurur. Münxenin tam yarısı, qədim şəhərin isə 90%-i hava bordbardmanları zamanı dağıdılır. Hava reydlərində 6.000 Münxen sakini həyatını itirir, çoxlu sayda insan evsiz qalır. Şəhərin əhalisi 1939-cu ilin may ayında 829.000 nəfər idisə, 1945-ci ilin may ayında bu göstərici 550.000 olur. Münxenin əhalisinin sayı müharibədən əvvəlki səviyyəsinə 1950-ci ildə çatdı, 1957-ci il dekabrın 15-də isə şəhərin 1 milyonuncu sakini dünyaya gəldi. Münxen dünyada əhalisi 1.000.000-a çatan 70-ci şəhər oldu. 2011-ci ilin əvvəlinə olan göstəricilərə görə şəhərin əhalisinin sayı 1.314.947 nəfər olub. Münxen əhalisinin 23%-i və ya 300.000 nəfəri xarici immiqrantlardan ibarətdir. Onların arasında 43.309 nəfərlə türklər üstünlük təşkil edir. Bundan başqa xorvatlar (24.866), serblər (24.439), yunanlar (22.486), italyanlar (20.847) da şəhərdə böyük diasporaya malikdirlər. Münxendəki xaricilərin 37%-i Avropa Birliyi ölkələrindən gələnlərdir. Şəhər əhalisinin 47% ateist, 37% katolik, 14% katolik, az bir qismi isə müsəlmanyəhudi icmasına məxsus insanlardır. Avropada bir çox yerlərdə olduğu kimi Münxendə də ateist və müsəlmanların sayı son illərdə daha böyük sürətlə artmaqdadır.

Vətəndaşlığına görə Rezidentlər (31.12.2017)[12]
Ölkə Əhali
Türkiyə Türkiyə 37,998
Xorvatiya Xorvatiya 36,655
İtaliya İtaliya 27,060
Yunanıstan Yunanıstan 26,360
Avstriya Avstriya 20,990
Polşa Polşa 19,456
Bosniya və Herseqovina Bosniya və Herseqovina 18,987
Rumıniya Rumıniya 17,415
Serbiya Serbiya 13,758
İraq İraq 12,124
Bolqarıstan Bolqarıstan 12,035
Kosovo Kosovo 11,114
Fransa Fransa 9,983
Macarıstan Macarıstan 8,621
İspaniya İspaniya 8,614
Rusiya Rusiya 8,603
Çin ÇXR 7,624
Hindistan Hindistan 7,440
Əfqanıstan Əfqanıstan 7,234

Münxen elm və təhsil üzrə Almaniyada aparıcı yeri tutur. Burada Nobel mükafatı alanlar siyahısında 1901-ci ildə Vilhelm Rentgen və 2005-ci ildə Teodor Henş daxil olmaqla çoxlu elm adamı fəaliyyət göstəriblər. Münxendəki aparıcı universitetlər aşağıdakılardır.

Tanınmış Şəxslər

[redaktə | mənbəni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. Deutsche Nationalbibliothek Record #4127793-4 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Burkhart M. Stadtgründung München: Brannte die Brücke? (alm.). / Hrsg.: Bayerischer Rundfunk 2012.
  3. München in Zahlen (alm.).
  4. Augsburger Schied.
  5. https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
  6. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
  7. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.
  8. https://www.muenchen.de/leben/service/postleitzahlen.html.
  9. https://www.muenchen.de/verkehr/aktuell/muc-kennzeichen-fuer-muenchner-fahrzeuge-ab-dezember-2023.
  10. Münxendə İşsizlik Göstəriciləri Arxivləşdirilib 2008-02-20 at the Wayback Machine  (alm.)
  11. ""Mercer"in siyahısı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-05.
  12. "Die ausländische Bevölkerung nach der Staatsangehörigkeit 2017" (PDF). 19 June 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 June 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]