Latimeria chalumnae

Latimeria chalumnae — latimeriya cinsinə aid iki balıq növündən biri. Canlı fosil heyvanlarından biridir. Latimeriya cinsinə aid hazırda iki növ məlumdur. Latimeria chalumnae növü Afrikanın şərq və cənub sahillərində yaşayır. Latimeria menadoensis isə İndoneziyanın Sulavesi adası yaxınlığında 1997–1999-cu illərdə aşkar edilmişdir[3][4].

Latimeria chalumnae
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Latimeria chalumnae
Beynəlxalq elmi adı

Latimeriyalılar Coelacanthiformes adlanan dəstəsinə aiddir. Bunlar mövcudluqlarının 400 milyon ilində praktik olaraq dəyişməyən ən nadir canlılardan biridir[5]. Uzun müddət Coelacanthiformes dəstəsinə daxil olan növlər quru onurğalılarının əcdadları olduqlarına inanılırdı, bununla belə latimeriyalıların genomunun tədqiqatları müasir dördayaqlıların ikitənəffüslülərə daha yaxındır.[6] Coelacanthiformes dəstəsinə daxil olan növlərdə təkamül müddətində, başqa heç bir heyvan qrupunda təsvir olunmayan xüsusi anatomik quruluşlar inkişaf etmişdir. Məsələn bu canlılarda bütün onurğalılarda xarakterik olan sərt onurğa sütunu əvəzinə, qalın divarlı bir elastik boruya sahibdirlər. Bu quruluşun inkişafı tamamilə fərqli bir təkamül istiqamətində olmasına baxmayaraq atalarının akkordundan bütün digər onurğalıların bel sütunundan fərqlənir. Möhkəm bir kəllə yerinə bu canlılarda əzələ ilə gücləndirilmiş, daxili bir birləşmə ilə ifadə olunan iki hissədən ibarət olan müəyyən bir beyin qutusuna malikdirlər. Komor latimeriyası bənzər kəllə quruluşuna sahib yeganə müasir heyvandır.

İncəsənətdə

[redaktə | mənbəni redaktə et]

MadaqaskarKomor adalarının poçt markalarında təsvir olunurlar.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Smith J. L. B. A Living Fish of Mesozoic Type (ing.). // Nature / M. Skipper NPG, Springer Science+Business Media, 1939. Vol. 143, Iss. 3620. P. 455–456. ISSN 1476-4687; 0028-0836 doi:10.1038/143455A0
  3. Pouyaud, L., S. Wirjoatmodjo, I. Rachmatika, A. Tjakrawidjaja, R. Hadiaty, and W. Hadie. Une nouvelle espèce de coelacanthe: preuves génétiques et morphologiques (фр.) // Comptes Rendus de l'Académie des sciences Paris, Sciences de la vie / Life Sciences : journal. — 1999. — Vol. 322, no 4. — P. 261–267. — doi:10.1016/S0764–4469(99)80061–4.
  4. Holder, M. T., M. V. Erdmann, T. P. Wilcox, R. L. Caldwell, and D. M. Hillis. Two Living Species of Coelacanths? (англ.) // Proceedings of the National Academy of Sciences : journal. — 1999. — Vol. 96, no. 22. — P. 12616–12620.
  5. Balon E. K. Prelude: the mystery of a persistent life form (англ.) // Environmental Biology of Fishes : journal. — 1991. — Vol. 32, no. 1–4. — P. 9–13. — doi:10.1007/BF00007442.
  6. Zardoya R., Meyer A. Evolutionary relationships of the coelacanth, lungfishes, and tetrapods based on the 28S ribosomal RNA gene (англ.) // Proceedings of the National Academy of Sciences : journal. — 1996. — Vol. 93, no. 11. — P. 5449–5454.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]