Latrodectus tredecimguttatus

Aralıq Dənizi Qaraqurd Hörümçəyi (lat. Latrodectus tredecimguttatus) — Qaraqurd cinsinin növlərinə aid edilir.

Latrodectus tredecimguttatus
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
???:
Latrodectus tredecimguttatus
Beynəlxalq elmi adı

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]
Erkək L. tredecimguttatus

L. tredecimguttatus digər qaraqurd növlərinin çoxuna bənzər şəkildə olduğu kimi qara rəngdədir, qarnının dorsal tərəfində on üç nöqtəsi vardır (elə latınca adı on üç nöqtəli deməldir). Bu işarələr adətən qırmızı rəngdə olur lakin həmçinin sarı və ya narıncı rəngdə də ola bilər. Əks təqdirdə Latrodectus cinsinin digər növləri ilə oxşardır. Bu növ əsasən çöllərdə və digər otlaqlarda yaşayır, taxılın əllə yığıldığı ərazilərdə ciddi bir problem meydana gətirə bilir. Erkəyin zəhəri epidermisə nüfuz edə bilmir və yalnızca dişi növün sancması təhlükəlidir (insanlar və ya mal-qara üçün).

Zəhərin təsiri

[redaktə | mənbəni redaktə et]

Qaraqurdun zəhəri ən zəhərli ilanların zəhərindən 15 dəfə güclü təsirə malikdir. Sancılmış nahiyədə qırmızı ləkələr əmələ gəlir, tezliklə də itir. 10–15 dəqiqədən sonra qarın, bel və döş nahiyədə kəskin ağrı başlayır və ayaqlar keyləşir. Sonra psixi əlamətlər müşahidə edilir və xəstə özündə ölüm təhlükəsi hiss edir. Çox vaxt başgicəllənmə, baş ağrıları, boğulma, təngnəfəslik, qıcolma, qusma, nəbzin zəifləməsi və aritmiya halları da müşahidə edilir. Zəhərlənmiş insanın qanında və sidiyində zülal aşkar edilir. Sonra xəstə halsıqlıq, yuxusuzluqdan şikayətlənir. 3–5 gündən sonra dəridə xarakterik səpgilər əmələ gəlir və xəstənin vəziyyəti yaxşılaşır. Tam sağalma 2–3 həftədən sonra baş verir. Vaxtında tibbi yardım olunmasa, qaraqurdun sancması ölümlə nəticələnir. Qaraqurdun sancması ən çox qaramal, atlar və dəvələr əziyyət çəkirlər. Çox vaxt heyvanların ölümü ilə nəticələnir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]