Launqanes (isl. Langanes) — İslandiyanın şimal-şərqində yerləşən yarımada. İslandcadan tərcümədə Uzun burun mənasını verir. Yarımada cənub-qərbdən şimal-şərqə 40 km uzanır. Sonucu ensizləşir və Fontur (isl. Fontur) adlanır. Şimal-qərbdən Tistil-fiord, cənub-şərqdən isə Bakkafloui körfəzləri ilə əhatələnir. Yarımadanın hündürlüyü 200–400 m arasında dəyişir. Ən hümdür zirvəsi olan Qunnoulvsvikurfyadl (isl. Gunnólfsvíkurfjall) şimal-qərbdə yerləşir.
Launqanes yarımadası | |
---|---|
Yerləşməsi | |
66°22′45″ şm. e. 14°31′54″ q. u.HGYO | |
Akvatoriya | Atlantik okean |
Ölkə | İslandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımada Lanqanesbiqd icması ərazisinə daxildir. Seydanes yaşayış (isl. Sauðanes) məntəqəsində qədim kilsə mövcuddur. Kilsə hazırda muzey kimi fəaliyyət göstərir. Skaular balıqçı kəndində (isl. Skálar) 1946-cı ilə qədər 100 nəfər yaşayırdı. Həmin ilən etibarən kənd boşaldılmışdır. Tərk edilmiş yaşayış məntəqələrindən Layknistadir (isl. Læknistaðir), Skoryovik (isl. Skoruvík), Faqranes (isl. Fagranes) və Seyrbayr (isl. Saurbær) kimilərin adını çəkmək olar.