İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür.
İsland dili | |
---|---|
Orijinal adı | Íslenska |
Ölkələr | İslandiya, Danimarka, ABŞ, Kanada |
Rəsmi status | İslandiya |
Tənzimləyən təşkilat | İslandiya Dil İnstitutu |
Danışanların ümumi sayı | 306 min |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | latın əlifbası (island əlifbası) |
Dil kodları | |
QOST 7.75–97 | исл 225 |
ISO 639-1 | is |
ISO 639-2 | isl/ice |
ISO 639-3 | isl |
Dilin strukturlarının dünya atlası | ice |
Ethnologue | isl |
Linguasphere | 52-AAA-aa |
ABS ASCL | 1502 |
IETF | is |
Glottolog | icel1247 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır. Bunun əsas səbəbi kimi bu dillərinin şərq skandinav dilləri qrupuna daxil olmasıdır.
Yaxın illər ərzində aparılan araşdırmalara əsasən German dillərinin Şimali German qolu, Adada danışılan skandinavca və mərkəzdə danışılan skandinavca olmaqla iki hissəyə bölünür. Mərkəzdə danışılan skandinavca dillərinə Dan dili, İsveç dili və Norveç dili daxildir. Norveç dilinin X əsrdə island və farer dillərinə çox bənzədiyi məlumdur. Hər iki dilin təsir dairəsində olan Norveç dili, XI əsrdən etibarən Dan dilinin təsir dairəsinə düşmüşdür.
İslan dilində danışan insaların böyük bir qismi İslandiyada yaşayır. Təxminən 3 min nəfər şagirdi olmaqla 9 min nəfər insan Danimarkada island dilində danışır. ABŞ-də 8 min şəxsin ana dili şəklində island dilindən istifadə etməsi, aparılan araşdırmalardan sonra məlum olmuşdur. Kanadada island dilindən 3 minlik island icması istifadə edir. İslandiyada yaşayan 300 minlik əhalinin 97% island dilini gündəlik həyatında istifadə edir.
Xarici ölkələrdə isə bu say hər il azalır. İslandiya konistutsiyasında island dili, dövlət dili kimi göstərilməmişdir. İsland dilinin qorunması və bu dildə danışan şəxslərin sayının artılması məqsədilə İslandiya dövləti hər il müxtəlif işlər görür. 1995-ci ildən bəri, noyabr ayının 16-sında XIX əsr island şairi Yones Hallgrimsonun doğum günü İsland dili günü kimi qeyd olunur. İsland dilinin qəribə cəhətlərindən biridə, bu dildə ləhçələrin mövcud olmamasıdır.
İsland dilinin dəqiq tarixi haqqında məlumat yoxdur. Bu dildə tapılmış ən qədim yazılar XI əsrə aiddir. Əsasən Şifahi xalq ədəbiyyatının yazıya köçürülməsindən ibarət olan bu yazılarda muasir island dilindən ciddi fərqlənməyən qədim island dilindən istifadə olunmuşdur. XII əsrdən etibarən yazılmağa başlanılmış island sagaları island dilinin əsas göstəricilərindən biri hesab olunur. Sagalarda kralların tərifi, dənizçilik əhvalatları, gündəlik həyat və digər məsələrlər haqqında məlumatlar verilmişdir.
Sagalar bir qayda olaraq təhkiyə üslubunda yazılmışdır. Orta əsrlərə aid məskunlaşma kitabı adlanan və island dilində yazılmış əsərdə, bu dildə yazılmış ən dəyərli tarixi əsər hesab olunur. Bu əsərdə İslandların XIV - XV əsrlərdə gündəlik həyatları haqqında məlumat verilir. İsland dilindən istifadə edərək, ədəbi fəaliyyət göstərmiş Snorri Sturlusona məxsus əsər və yazılarda XII əsr İslandiyası təsvir olunmuşdur.
1380 - 1918-ci illərdə İslandiyada, Danimarka hakimiyyəti dövründə, island dili dan dilindən az təsirlənmişdir. Dan dilinin İslandiyada yerli əhali tərəfindən danışılan ikinci olması, Danimarkanın adada yeddi əsr hakimiyyəti ilə əlaqədər olmuşdur. İsland dili German dillərinin ən qədimi və ən dəyişilməzi hesab olunsada, bu dil XII və XVI əsrlərdə, ciddi qrammatik dəyişikliklərə məruz qalmışdır. İsland dilinin əlifbası XIX əsrə qədər island əlifbası olmuşdur. Muasır dövrdə, az sayda insan tərəfindən istifadə olunan əlifba öz yerini XIX əsrdə Danimarkalı dilçi Ramus Rask tərəfindən latın əlifbası əsasında yaradılmış yeni əlifbaya vermişdir. Keçən əsrin ortalarında Rasmus Rask tərəfindən yaradılmış əlifbaya bəzi dəyişikliklər edilmişdir. Buna misal olaraq, k hərfinin c hərfi ilə əvəz olunmasını göstərmək olar.
İsland dilində yazmaq üçün istifadə olunan İsland əlifbası 32 hərfdən ibarətdir. Hərflər aşağıdakı kimi sıralanır:
Böyük hərflər | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
A | Á | B | D | Ð | E | É | F | G | H | I | Í | J | K | L | M | N | O | Ó | P | R | S | T | U | Ú | V | X | Y | Ý | Þ | Æ | Ö |
Kiçik hərflər | |||||||||||||||||||||||||||||||
a | á | b | d | ð | e | é | f | g | h | i | í | j | k | l | m | n | o | ó | p | r | s | t | u | ú | v | x | y | ý | þ | æ | ö |
X əsrdə island dilində istifadə olunan sözlərin böyük bir qismi Qədim Norveç dilindən keçmişdir. XI əsrdə İslandiyada Xristianlıq dinin yayılmağa başlanması nəticəsində dilə bəzi dini terminlər keçmişdir. Buna misal olaraq Kirkja (kilsə) və Biskup (baş keşiş) kimi sözləri misal göstərmək olar. XIV əsrdən etibarən İslandiya ilə Almaniya və Fransa arasında ticarət əlaqələrinin yaranması nəticəsində, İsland dilinə alman və fransız dillərindən sözlər keçmişdir.
XVIII əsrdən etibarən island dilində qrammatik və leksik sadələşmə başlamışdır. XIX əsrdə isə İslandiyada island dilinin digər dillərin təsir dairəsindən çıxartmaq üçün xüsusi işlər aparılmışdır. İsland dilində vurğu bir qayda olaraq, ilk hecaya düşür. Ancaq bəzi mürəkkəb sözlərdə, vurğu digər hecaların üzərinədə düşə bilir. İsland dilində vurğu latın dili və ingilis dilində olduğu kimi qüvvətli səslənmir. İsland dilində digər dillərə az sayda sözlər keçmişdir. Bu sözlərdən yalnız biri bir çox dillərdə istifadə edilir. Azərbaycan dilində də istifadə olunan Qeyzer sözü island dilindən keçmişdir.
İsland dilində şəxs adların oxunuşu və yazılışı bir çox Avropa dillərindən fərqli formadadır. İsland dilində, ailə üzvülərinin hər biri müxtəlif soyadları daşıyır. Belə ki, yeni doğulan uşaqlarda, atanın adıda öz soyadlarına əlavə edilir. Məsələn, atasının adı Stefan olan Yohans adlı bir şəxsin oğlunun adı Fjalar və qızının adı isə Katrindir. Azərbaycan dilində adların sıralanması aşağıdakı formada düzülür.
İsland dilində istifadə olunan bəzi mühüm kəlmələr:
Azərbacanca | İslandca |
---|---|
Salam | Halló |
Gününüz uğurlu olsun | Góðan daginn |
Axşamınız xeyr | Gott kvöld |
Tanış olmağmıza şad oldum | Gaman að hitta þig |
Azərbaycan dilində danışıram | Ég tala aserbaídjönsku |
İsland dilində danışmıram | Ég tala ekki íslensku |
Hə | Já |
Yox | Nei |
Necəsən? | Hvað segirðu gott? |
Yaxşıyam | Ég segi bara fínt |
(çox) təşəkkür edirəm | Takk (fyrir) |
Adınız nədir? | Hvað heitir þú? |
Mənim adım ... | Ég heiti ... |
Hələlik | Bless |
Təbriklər | Til hamingju |
Ad gününüz mübarək | Til hamingju með afmælið |