Laura Ester

Laura Ester (d. 22 yanvar 1990) — İspaniyanı təmsil edən su poloçusu.[1]

Laura Ester
Şəxsi məlumatlar
Tam adı Laura Ester
Vətəndaşlığı İspaniya İspaniya
Doğum tarixi (33 yaş)
Boyu 170 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2012—2016İspaniya İspaniya

Karyerası[redaktə | mənbəni redaktə et]

Laura Ester, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.

Daha sonra Laura Ester, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Laura Esterin tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.