Maisa Qarsiya Qodoy

Maisa Qarsiya Qodoy (d. 17 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu.[1]

Maisa Qarsiya Qodoy
Şəxsi məlumatlar
Tam adı Maisa Qarsiya Qodoy
Vətəndaşlığı İspaniya İspaniya
Doğum tarixi (33 yaş)
Boyu 188 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2012—2016İspaniya İspaniya

Karyerası[redaktə | mənbəni redaktə et]

Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.

Daha sonra Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Maisa Qarsiya Qodoyun tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.