Laura Pausini

Karyerasına 1987-ci ildə ilk albomu "I Sogni Di Laura" ilə başlayan və 1993-cü ildə qatıldığı Sanremo Musiqi Festivalında ("La Solitudine" mahnısı ilə) qazandığı birincilikdən sonra fəalyyətində ümumi olaraq 30 milyon albom satışı reallaşdıran və bir də Grammy mükafatları qazanan ilk İtalyan qadın müğənnidir. Mahnılarını Latın pop, soft rock, pop üslubunda oxuyan İtaliyanın məşhur müğənnisi İtalyan, İspan, İngilis, Fransız və Portuqal dillərində mahnılar oxumaqdadır.

Laura Pauzini
ing. Laura Pausini
Ümumi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri İtaliya
Milliyyəti İtaliyan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 1993 —
Janrlar pop musiqisi, rok[1]
Albom şirkəti Atlantic Records
Mükafatları "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin komandor dərəcəsi
İmzanın şəkli
laurapausini.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1974-cü ildə İtaliyada anadan Laura Pausini, musiqiçi olan atasının da dəstəyiylə kiçik yaşda musiqilə maraqlanmağa başladı. 8 yaşındaykən atasının səhnə aldığı məkanlarda ona səsiylə yoldaşlıq edən kiçik Laura, 13 yaşındaykən atasının prodüserliyində yazılan "I sogni di Laura" albomuyla professionallığa ilk addımını atdı. Albom tamamilə əldəki imkanlarla hazırlanmışdı. Bu səbəbdən səs gətirməsi gözlənilmirdi. Lauraya əsas müvəffəqiyyəti 1993-cü ildə qatıldığı və "La Solitudine" adlı parçanı səsləndirdiyi Sanremo Musiqi Festivalı gətirdi. Yarışmada birinci olan sənətçi, dərhal Warner Bros İtaliyanın marağını çəkdi və sonra gələn val razılaşmasıyla ilk albomu "Laura Pausini"ni 1993-cü ildə musiqi dünyasına tanıtdı. Albom İtaliyada olduğu qədər Fransa və Hollandiyada da uğurlu oldu.

İkinci albom "Laura" 1994-cü ildə musiqi marketləri rəflərində yerini aldı. Bu albomun müvəffəqiyyətindən sonra müqavilə bağladığı şirkəti Lauraya mahnılarını İspanca səsləndirməsi üçün təklif etdi. Beləcə, 1994-cü ildə ilk iki albomdan seçilən 10 mahnının İspan versiyalarından ibarət bir albom hazırlandı. Laura Pausininin şöhrəti İspan dilli ölkələrin hamısını təsiri altına almağa başlamışdı. Daha sonra bəzi mahnılarını İngilis, Portuqal və Fransız dillərində də səsləndirdi.

  1. Montreux Jazz Festival Database.