Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982[1], Çerri-Hill, Nyu-Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir.
Loren Koen | |
---|---|
ing. Lauren Cohan | |
| |
Doğum tarixi | 7 yanvar 1982[1] (42 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, teatr aktrisası, model[d], aktrisa, fotomodel[d] |
Fəaliyyət illəri | 2005-ci ildən |
Boyu | 1,71 m |
Çəkisi | 55 kq |
IMDb | ID1659348 |
laurencohan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür.[2][3][4] Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür.[5][6] Loren həm də bir il Corciya ştatında yaşamışdır.[7]
Onun anası ögey atası ilə evləndikdən sonra Lorenin soyadı rəsmi olaraq Koen olaraq dəyişdirilib. Anası yenidən evləndikdən sonra yəhudiliyi qəbul etmək qərarına gəlmişdir.[8] Loren hələ beş yaşında ikən yəhudiliyi qəbul etmişdir. O, həmçinin Bat Mitzvah mərasimi keçirib. Loren valideynlərinin ilk evliliyindən olan yeganə uşaqdır. Onun valideynləri yenidən evlənməli olmuşdur. Lorenin həm anasının, həm də atasının yeni evliliklərindən dünyaya gələn bir neçə ədəd kiçik bacısı var.[9][10] O, təhsilini Uinçesterdəki King Alfred Kollecində (hazırda Uiinçester Universiteti) başa vurub və burada dram və ingilis ədəbiyyatı üzrə İncəsənət Bakalavr dərəcəsi qazanmışdır. Universitetdə oxuduğu müddətdə o, teatr ilə birlikdə qastrol səfərlərinə çıxıb.[11]
I hail from New Jersey. I was born in New Jersey.
For someone who spent the first 13 years of her life in Cherry Hill, N.J.,...
Born in Philadelphia but raised in Cherry Hill
I was a kid growing up in the States and then I moved to England. ... My mum's British, and so that was what brought us back over there. ... She had moved to the States when she was sort of 17... [W]hen myself and my siblings were born, she was, like, 'C'mon, let's do it.' My dad's job had an opportunity out there, so we took it.
...of Scottish, Irish and Norwegian stock. ... When she was 13, her family moved to the UK. ... The transition to life in Surrey outside London.... When her mother remarried, she took both the last name (Cohan) and the faith (Jewish) of her stepfather.
...a rootless childhood, jumping from New Jersey to Georgia (a year, but it stuck), back to New Jersey, then to the UK.