Laxox (ərəb. لحوح; somali. 𐒐𐒖𐒄𐒝𐒄 və ya kanciro, somali. 𐒋𐒖𐒒𐒃𐒜𐒇𐒙) — Cibutidə, Somalidə və Yəməndə geniş yayılmış, Somali mətbəxinə aid biskitəbənzər çörəyi xatırladan xörək.[1][2]. Laxox İsraildə burada yaşayan Yəmən yəhudiləri arasında da geniş yayılmışdır.[3]. Yəməndə laxox küçə ticarətində ən çox satılan un məhsullarından biridir.[4].
Laxox ənənəvi olaraq daavo adlandırılan dairəvi sobada bişirilir. Somalilərin ənənəvi səhər yeməyi 3 parça laxoxdan, çay, bal və qaymaqdan ibarətdir. Nahar yeməyində isə laxox borş və konservləşdirilmiş ət yeməkləri ilə birlikdə istifadə olunur.