Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir.
Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir.
Xüsusi şərtlərlə, vaxt məhdudiyyəti, qiymət, keyfiyyət, fəaliyyət növü və digər məqsədlərlə xarakterizə olunan nadir işlər çoxluğu Layihə adlarıir.[1]
Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə "yaşayır". İlk növbədə, yəni layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər (elementlər) yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir. İşlər yerinə tam yetirildikdən sonra onlar passivləşdirilir. Beləliklə hər bir iş (element) ayrılıqda öz məqsədinə çatdıqca layihənin ümumi vəziyyəti dəyişir. Bu səbəbdən layihə dəyişir və layihədə dəyişkənlik əlaməti görünür.[2][3]
Layihələrdə müəyyən vaxt çərçivəsində məqsədə nail olmaq mümükündür. Layihələri digər tədbirlərdən və obyektlərdən fərqləndirən əsas parametrlərdən biri vaxt məhdudiyyətidir. Hər bir işin başlarığıcı və sonu olduğu kimi layihələrin də başlarıma (start) və son (finiş) vaxtları var. Bu vaxt göstəriciləri adətən məhdud olurlar. Bu səbəbdən layihənin uğurla başa çatmasında əsas şərtlərdən biri onun verilmiş vaxt çərçivesində yerinə yetirilməsidir.[4]
Hər bir layihə üçün büdcə müəyyənləşdirilir. Bu büdcəyə müəyyən metodlar vasitəsilə nəzarət edilir. Bəzi layihələr büdcə əsasında və çərçivəsində yaradılır. Buna görə də büdcə əlamətinə görə iki növ ləyihə mövcuddur:
1. Layihənin məqsədi formalaşandan sonra onun büdcəsi müəyyənləşdirilir.
2. Büdcə məlum olduqdan sonra ayrılmış vəsaitə uyğun layihələr həyata keçirilir.
Hər iki halda layihənin bütün elementlərinin yerinə yetirilməsində büdcə əlaməti görünür və xüsusi yer tutur.[5]
İstənilən layihənin yerinə yetirilməsində büdcədən başqa digər vəsaitlərdən istifadə edilməsi tələb olunur. Bu ehtiyat növlərinə aiddir: insan, texnika, avadanlıqlar, materiallar və digər ehtiyatlar. Hə bir vəsait büdcə ilə bağlı olduğu üçün onun mənimsənilmə həcmi məhdudlaşdırılır. Bəzən bu məhdudiyyətlər əvvəlcədən müəyyənləşdirildiyi üçün layihənin yerinə yetirilmə müddəti təyin edilir. Layihənin təsdiq edilməsi üçün əsas amillərdən biri də ehtiyatların mənimsəmə qrafikidir. Bu pları-qrafikin düzgün yerinə yetirilməsi layihənin məqsədə çatmasına xidmət edir.
Ele iki layihə yoxdur ki, onlar eyni olsunlar. Hətta bir-birinə çox yaxın oları və oxşayan Iayihələrdə belə fərqlər mövcuddur. Layihə işlər çoxluğudur. Hər bir işi yerinə yetirmək üçün müəyyən vaxt, büdcə ayrılır və müxtəlif ehtiyatlar mənimsənilir. Bu müxtəliflik hər bir isə nadirlik xüsusiyyəti və ya təkrarolunmazlıq əlaməti verir. Layihələrdə hər hansı bir işin müxtəlif vəsaitlərlə və ya müxtəlif vaxtlarla yerinə yetirilməsi onun təkrarolunmazlıq əlaməti sayılır.[6][7]
Hər bir layihə tədqiqat obyektidir və bu səbəbdən layihələrdə həmişə tədqiqat və inkişaf əlamətləri hiss olunur. Yenilik əlamətləri xüsusən təşkilati layihələrdə özünü daha çox büruzə verir. Zaman keçdikcə, ətraf aləm inkişaf etdikcə layihələr qarşısında qoyuları tələblər dəyişir və müasirləşir. Müasir dövrümüzdə oları tələblər mütənasib olaraq layihələrdə öz əksini tapır. Bu səbəbdən hər bir yeni layihədə müasir dövrün tələblərinə cavab verən yeniliklər mövcuddur. Yenilik əlaməti hiss olunmayan layihələrin əksəriyyəti uğursuz və ya qısa müddetli olur.
Tamlıq əlaməti — layihələrin bütün parametrlərlə tam xarakterize olunması deməkdir. Layihələr çoxlu parametrlərlə xarakterizə olunurlar. Layihəyə təsir edən bütün parametrlərin hamısının layihədə öz əksini tapması layihənin bütöv olmasını xarakterizə edir. İlk növbədə layihələrdə nəzərdə tutuları faktorların sayı və layihənin nəticəsinə bir başa və ya dolayısı yolla təsir edən parametrlərin sayını müəyyələşdirmək layihənin tam olmasına gətirir. Bu zaman deyirlər ki, layihə bütövdür və ya tamdır.
Layihələrdə iştirak edən tərəflərin hüquqi təminatı və onlar arasında münsibətlərin qurulması layihənin uğurlu olması üçün əsas şərtlərdən biridir. Yeni iqtisadi şəraitdə və müstəqil dövlət quruculuğu ərəfəsində layihələrin yerinə yetirilməsində hüquqi nöqteyi nəzərdən problemlər yarana bilər. Bu səbəbdən layihələrdə müvafıq qanunlar və normativ sənədlər öz əksini tapmalıdır.[8]
Təriflərdən göründüyü kimi layihə kiçik bir müəssisədir. Hər bir müəssisənin təşkilati strukturu olduğu kimi layihələrin də yerinə yetirilməsi üçün təşkilati strukturlar tələb olunur. Böyük layihələrdə tələb olunan əsas parametrlərdən biri "təşkilati strukturların yaradılması"dır. Bu struktur kiçik layihələrdə özünü doğrultmadığı üçün onlar tələb olunmur.[9][10]
Layihə digər obyektlər kimi ətraf mühitlə sıx bağlıdır. Layihədə görülən işlərin hər birinin dəqiq həddi olmalıdır. Ümumiyyətlə, layihələr hər hansı çərçivə daxilində yerinə yetirilir. Layihə yerinə yetirildiyi mühitdə özünü qabarıq şəkildə göstərməlidir. Layihə özünə məxsus xüsusiyyətləri ilə digər işlərdən fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və əlaqəli olduqları üçün onlara müəyyən xüsusiyyətə malik oları tam sistem kimi baxmaq olar.[11]