Laz İnstitutu (türk. Laz Enstitüsü) — 17 may 2013-cü ildə laz xalqının dilini, mədəniyyətini və tarixini qorumaq, inkişaf etdirmək və populyarlaşdırmaq məqsədi ilə yaradılmış institut.[1] Həmin il Türkiyə Respublikası Milli Təhsil Nazirliyi ilə Laz İnstitutu arasında imzalanan protokolla təhsil işçilərinə laz dili hazırlığı kursları verilməyə başlanmışdır.[2] Nəticədə Milli Təhsil Nazirliyinin orta məktəb proqramına laz dilinin seçmə dərslərinə əlavə olunmuşdur. İnstitutun fəaliyyəti nəticəsində 2014-cü ildən Boğaziçi Universitetində seçmə laz dili kursu təklif olunur.[3]
Laz İnstitutu |
---|
İnstitut laz dilində çıxan ilk qəzet "Mçita murutsxi"nin ilk nömrəsinin nəşr tarixi ilə Kazım Qoyuncunun doğum gününə uyğun olaraq 7 noyabr tarixini "Laz Dili Günü" elan etmişdir.[4]