Lazika Yayıncılık və ya köhnə adı ilə Lazika Yayın Kolektifi — 2011-ci ildə İstanbulda təsis edilmiş, laz dili ədəbiyyatı və dili üzrə nəşrlər edən nəşriyyat təşkilatı. Yarandığı gündən bəri "Lazika Yayın Kolektifi" 5-i türk, qalanı isə laz dilində olmaqla 80-dən çox kitab nəşr etmişdir.[1] Lazcadan türkcəyə rəsmi olaraq tərcümə edilmiş ilk kitab olan "Balaca şahzadə" bu nəşriyyatda çap olunmuşdur.[2] Nəşriyyatın nəşr etdiyi mövzulara laz dili dərslikləri, lüğətlər, uşaq kitabları və tərcümələr daxildir. Nəşriyyat Şərqi Qara dəniz regionunda TÜYAP kitab sərgisi və şənlik və festivallarda stendlər açır.[3]
Lazika Yayıncılık |
---|