Lbov Y. İ. və oğulları

"Lbov Y. İ. və oğulları" — Azərbaycanda fəaliyyət göstərmiş balıq sənayesi səhmdar cəmiyyətlərindən biri.

Lbov Y. İ. və oğulları
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye qida sənayesi
Məhsulu balıq
Təsis tarixi 1913
Bağlanma tarixi 1920
Baş qərargahın yeri

Tarixi[redaktə | mənbəni redaktə et]

"Lbov Y. İ. və oğulları" səhmdar cəmiyyəti 1913-cü ildə, Rusiya imperiyası tərkibində yaradılmışdı. Təqribən 1 milyon manat əsas kapitalı var idi. Yalama, LənkəranAstarada siyənək balığı vətəgələri, iri soyuducuları, emal zavodları və s. fəaliyyət göstərmişdir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra müəssisələri milliləşdirilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Лбов Ј. И. вә оғуллары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1983. С. 174.