Leşcil ağ kərkəs (lat. Neophron percnopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin ağ kərkəs cinsinə aid heyvan növü.
Leşcil ağ kərkəs | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Leşcil ağ kərkəs |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Nadirdir.
(VU). Mənfi təsirlərə həssasdır.
Azərbaycan faunasında cinsin tək növüdür.
İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir. Boynunda və peysərində sərt lələklərdən ibarət “yaxalıq” var. Səsi fit kimidir.
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda dağətəyi və dağlıq sahələrdə məskunlaşıb. Azərbaycanın 17 ornitocoğrafi sahəsindən 8-də nəsil verir, Şərqi Qafqaz dağ meşələri, Kiçik Qafqaz yüksək dağlığı, Şamaxı-Altıağac, Naxçıvan orta dağlığı, Talış bozqırları, Qobustan, Böyük və Kiçik Qafqaz dağətəyi sahələri.
Sıldırım qaya və yarğan olan açıq sahələrdə yaşayır. Sıx meşəni və düzənliyi xoşlamır. Azərbaycana nəsil vermək üçün gəlir (mart-apreldən oktyabra qədər olur). Aprelin axırında köhnə yuvasını təmir edir, bəzi cütü yeni yuva tikir. Yuvası sıldırım qayada, yaxud yarğanda kiçik mağaraya oxşar oyuqda yerləşir. Bəzən başqa quşun yuvasını zəbt edir. May ayının əvvəlində 2 ədəd pas kimi qonur ləkələri olan sarımtıl–ağ rəngli yumurta verir, 40 gün kürt yatıb bala çıxarır. İyulun axırlarında pərvaz balası müşahidə edilir. Əsas yemi leşdir. Leş yerini başqa quşlardan tez tapır. Eyni vaxtda tısbağa, kərtənkələ, ilan, qurbağa və s. ovlayır. Zibillikdən ərzaq qalıqları götürür.
XX əsrin 50-ci illərinə qədər adi saylı olub. Sonralar azalıb. XX əsrin axırında Azərbaycanda cəmi 70 cüt quş sayılıb, indi isə 40 cüt qalıb.
Uzun müddət zərərli bilib təqib edilməsi, yem bazasının zəifləməsi, qalanın da zəhərlənməsi, nəsil verən yerlərində səs-küyün çoxalması.
Təbii sanitardır.
Ovlanması və satışı qadağandır. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. Bakı zooparkında nümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.
Yem bazasının qorunması, yem azlığı şəraitində yuvası yaxınlığına leş atılması, ekoloji maarifçiliyin gücləndirilməsi, yuva sahəsinin təbiət abidəsi edilməsi.