Lido Antoniy "Li" Yakoka (15 oktyabr 1924[1][2][…], Allentaun, Pensilvaniya – 2 iyul 2019[3][4][…], Bel-Eyr, Kaliforniya[6]) Amerikalı biznesmen. Ən çox 1980-ci illərdə Chrysler şirkətinin yenidən doğuşundakı rolu ilə tanınır. 1979-cu ilə qədər Chrysler-in sədri və direktoru, 1979-cu ildən isə bunlardan əlavə olaraq idarə heyətinin sədri vəzifələrində işləmişdir. 1992-ci ildə təqaüdə çıxmışdır. Kitablar yazmış və bir çox kitaba da ilham vermişdir. Bunlara nümunə olaraq William Novakın yazdığı tərcümeyi-halını və özünün yazmış olduğu “Bütün liderlər hara getdi?” (Where all the leaders gone?) əsərləri göstərilə bilər. Dünyanın ən məşhur iş adamlarından biri olan Lee Iacocca, 1980-ci illərdə Amerika ixracatçılarının iddialı bir müdafiəçisi olmuşdur.
Li Yakoka | |
---|---|
ing. Lee Iacocca | |
Doğum tarixi | 15 oktyabr 1924[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 iyul 2019[3][4][…] (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Təhsili | |
Fəaliyyəti | sahibkar, avtobioqraf[d], gündəlik yazıçısı[d], menecer, icraçı direktor |
Fəaliyyət illəri | 1946-cı ildən |
Partiyası | |
leeiacocca.com | |
Vikianbarda əlaqəli mediafayllar |