Paxlakimilər (lat. Fabaceae, Leguminosae) — paxlaçiçəklilər sırasına aid bitki fəsiləsi.[3]
Paxlakimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Paxlakimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Araşdırmalar dünyanın ən faydalı qida məhsullarının qabıqlı meyvələr və paxlalı bitkilər olduğunu müəyyən edib.
Paxlalı bitkilər bunlardan noxud, lobya, mərci, soya daha çox istehsalat əhəmiyyətlidir. Paxlalı bitki toxumları xaricdən sərt örtüyə malikdirlər. Paxlalı bitkilərdə zülal 30% və daha çox (tərkibinə görə bu zülallar çox qiymətlidirlər. Çünki əvəzedilməz aminturşulara malikdirlər), karbohidratlar 60% qədər, yağlar 2% qədər, (soya dənlərində isə yağ 2%, karbohidratlar 30 %, zülallar 40%) təşkildir.
Paxlalı bitkilər həm artıq çəkidən xilas olmağa, həm də xərçəng xəstəliyinə tutulmaq riskinin sıfıra endirilməsinə kömək edir. Paxlalı bitkilər lifli strukturlarına görə, toxluq hissi yaradır və artıq çəkidən xilas olmağa kömək edir.[4]
Paxlalı bitkilərin mənfi xüsusiyyətləri onların gec bişməsidir. (90-120 dəqiqə) bişmə müddətini azltmaq üçün bəzi dənlərin (noxud, mərci) toxum qatı təmizlənir, bu proses bişmə müddətini 2 dəfə azaldır. Buğda ümumi kimyəvi tərkibə və qida dəyəri aşağıdakı cədvəldə öz əksini tapmışdır. [5]
Dünya florasında paxlalı bitkilər - Fabaceae fəsiləsi 600-dən artıq cinsi, 12000-dən artıq növü əhatə edir. Bu növlər əsasən ot, ağac və kollardan ibarət olub, yer kürəsinin hər yerində yayılıb.
Fəsiləyə daxil olan növlərin içərisində qida, dərman əhəmiyyətli, boyaq, aşı, bəzək, nektar təbiətli faydalı bitkilərin geniş spektrinə rast gəlmək olar. Bu faydalı bitkilərdən biri də şirinbiyandır.